Yuxarı

Putindən Trampa Kim zərbəsi: ABŞ yenə uduzdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreyalılar həmişə Rusiyaya bağlı olublar.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Şimali Koreya lideri Kim Çen İnin Rusiyaya səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Tramp təcrübəsiz görünən Şimali Koreya prezidentini nüvə silahından imtina etməyə inandıra biləcəyini düşünürdü:

“Görüşlər keçirilsə də, Trampın niyyəti baş tutmadı. Üstəlik, Kim Çen ABŞ hədəsinə görə Putindən yardım istədi. Putin də onu qanadları altına aldı. Bundan sonra ABŞ-ın Şimali Koreyanı nüvəsizləşdirmək haqqında heç bir fikri, ideyası olmayacaq. Şimali Koreya prezidenti də Putinin “qucağına” sığınmış halda qalacaq. Tramp bu məsələdə də ciddi surətdə uduzdu”.

Politoloq Putinin Kim Çenlə görüş zamanı işlətdiyi ifadələri diqqət çəkib:

“Putinin münasibətindən belə görünür ki, Kim Çenin Trampla görüşü ciddi surətdə tənqid edilib. Rusiya lideri Tramp-Kim Çen görüşünün pozulmasından çox məmnundur. Buna görə də dərhal Şimali Koreya prezidentini Vladivostoka görüşə dəvət edib”.

Politoloqun sözlərinə görə, Putinlə Kim Çen görüşü Koreya yarmadasında mövcud olan problemlərin həlli istiqamətində heç bir müsbət dəyişikliyə səbəb olmayacaq:

“Zənnimcə, Koreyanın ikiyə bölünməsi, indiki statsus-kvonun yaradılmasında SSRİ-nin rolu böyük idi. Putin də yaradıcı, beynəlxalq münasibətlərin yenidən qurulmasına tövhə verə biləcək potensialı olan bir adam deyil. Putin Şimali və Cənubi Koreya arasında münasibətlərin korlanmasından çox şaddır. Eyni zamanda ABŞ-Şimali Koreya münasibətlərini pozmaq üçün əlindən gələni edir. Şimali Koreyanı əlində saxlamaq Putinin əsas qayğılarından biridir. Hesab edirəm ki, bundan sonra Koreya yarmadasında sülhün yaradılması işi xeyli çətinləşəcək”.

Q.Hüseynli hazırda Şimali Koreya iqtisadiyyatının çətin vəziyyətdə olduğunu və yardıma möhtac duyduğunu bildirib:

“Düşünürəm ki, Şimali Koreya ən ağır vəziyyətdə yaşayan ölkələrdən biridir. İqtisadiyyat çöküb, ölkədə qul əməyi hökm sürür. Üstəlik də ölkənin milli gəlirlərinin böyük bir hissəsi ballistik raketlərin hazırlanmasına, nüvə silahının istehsalına yönləndirilib. Bu nöqteyi-nəzərdən demək olar ki, Şimali Koreyanın gələcəyi o qədər də aydın görünmür. Şimali Koreyada vəziyyəti dəyişdirməyin və Şimalla Cənubu birləşdirməyin yeganə yolu varsa, o da iki ölkəni birləşdirib, demokratik quruluş formasına keçid etməkdir”.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen Rusiyaya səfər edib.Aprelin 25-də Rusiya Prezidenti Vladimir Putinlə Vladivostokda görüşən Kim Çen həmkarı ilə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Tarix
2019.04.26 / 15:10
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Video

Kremldən Azərbaycanla yaşanan gərginliyə reaksiya

Bakı ilə aramızda gərginliyi bu ölkə yaradır – Kreml

Prezidentlərin təkbətək görüşü başladı

Mirziyayevin rəsmi qarşılanma mərasimi oldu

Rusiyalı deputat: Bakı bizdən üzr gözləyir, amma biz...

Əliyevlə danışdım, Səfərovların Rusiyada qətli...

Kreml Bakıya qarşı İrəvanı qoya bilməz – bəs, nə edəcək?

Zelenski sevincək Bakıya zəng etdi: bu, ona lazımdır - Rus ekspert

Peterburqda dava: Azərbaycanlı ailə deport edildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla