Yuxarı

Rusiya ABŞ sanksiyalarına çarə tapdı: Yeni sxem

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ABŞ sanksiyalarına çarə tapdı: Yeni sxem

Rusiya üçüncü ölkələr vasitəsilə silah ixracını asanlaşdırıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Vedomosti” qəzeti yayıb. Məlumata görə, Rusiya hökuməti bu qərarı ABŞ sanksiyalarından yayınmaq üçün qəbul edib. Belə ki, indiyə qədər olan sistemə əsasən, həm ilkin istehlakçı, həm də silahın satıcısı Rusiyanın federal orqanlarına silahın yekun istehlakçısının kim olacağının göstərildiyinə dair sertifikat vermək məcburiyyətində idi. Hazırkı düzəlişə görə, üçüncü ölkənin tədarükçüyə birbaşa sertifikat verməsi, tədarükçünün isə Rusiyanı sadəcə xəbərdar etməsi yetərli olacaq.

Hökumətin qəbul etdiyi sənəddə bu qərarın birbaşa antirusiya sanksiyalarıyla bağlı olduğu vurğulanıb:

“Xarici dövlətlər Rusiyanın hərbi xarakterli məhsullarının alışında maraqlı olduqlarını ifadə edirlər, amma sanksiyalara məruz qalmaqdan qorxaraq, onun alışından imtina edirlər”.

“Vedomosti” yeni sxemdən kiçik ölkələrin yararlanacağını bildirib.

Tarix
2019.05.15 / 15:49
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

Qubadlının azad edilməsi müharibədə mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla