Yuxarı

İcra başçısının taleyi gələn il həll olunacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurban Qurbanovun taleyi gələn ilin ortalarına qədər həll olunacaq.

Bu barədə Axar.az-a Dərbənddəki etibarlı mənbədən məlumat verilib.

Mənbə Dərbəndin keçmiş merinin məhkəməsinin hələ də qəsdən uzadıldığını bildirib. O, bu işin 2015-ci ilin mart-aprel ayına qədər davam edəcəyini deyib. Buna əsas səbəb isə Qurbanovun vaxtından əvvəl son verilən səlahiyyətlərinin gələn ilin martında bitməsidir. Bundan sonra onun fəaliyyətini məhdudlaşdıracaq bütün vasitələrdən istifadə olunacaq. Bu vaxtın qorunması isə Dağıstan rəhbərliyinin məhkəmə qalmaqalından çəkinməsi ilə əlaqəlidir. "Qurbanov həbsdən azad olunmağı və ev dustaqlığına çıxmağı bacardı. Yerli dəstək də ona bu işdə kömək oldu. Qurbanov səlahiyyət dövrü bitmədən istefaya məcbur edilməsi faktından beynəlxalq məhkəmədə istifadə edə bilər deyə, ona qarşı təzyiqlər gələn ilin aprelinə qədər səngiyib", - deyə mənbə qeyd edir.

Qeyd edək ki, Qurban Qurbanov bir müddət öncə Dağıstan Prezidenti Ramazan Abdullatipovun təzyiqi ilə Dərbənd meri vəzifəsindən vaxtından əvvəl istefaya məcbur edilmişdi. Onun yerinə isə Yəhya Hacıyev gətirilmişdi.

Oktyabrda həbs edilən Q.Qurbanov bir müddət öncə yarım milyon rubl qarşılığında ev dustaqlığından azad edilib.

Tarix
2014.12.18 / 09:22
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla