Yuxarı

Gürcüstanda daşqın: 500 ailə ilə əlaqə kəsildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aramsız yağan leysan yağışlar Gürcüstanın bölgələrində ciddi fəsadlar törədib. Ən böyük ziyan ölkənin Xaraquli rayonuna dəyib.

Axar.az xəbər verir ki, güclü yağışlar nəticəsində öz məcrasından çıxan dağ çayları rayonda yolları, körpüləri, yaşayış evləri və yardımçı tikililəri dağıdıb. Əkin sahələri və fərdi təsərrüfatlar su altında qalıb.

Beş yüz (500) ailənin yaşadığı Leqvani kəndi ətraf aləmdən tam təcrid olunub.

İkinci ən böyük ziyan Svaneti bölgəsinə dəyib. Nenskra çayının daşması nəticəsində Mesti rayonunun Çuberi qəsəbəsi sel suları altında qalıb. Bu qəsəbədə 1000-dən çox sakinin yaşadığı bildirilir. Yollar dağılıb, Çuberi və Karsqurişi kəndləri ilə əlaqə kəsilib.

Təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

Hadisə yerinə xüsusi texnika cəlb olunub.

Tarix
2019.06.08 / 18:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla