Yuxarı

Tramp Putinlə zarafat etdi – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Putinlə zarafat etdi – Video

09:39

Yaponiyanın Osaka şəhərində G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında görüş başlayıb.

Axar.az TASS-a istinadən xəbər verir ki, görüş 1,5 saat davam edəcək.

Qeyd edilir ki, Putin və Tramp ikitərəfli münasibətlərin yaxşılaşdırılmasını müzakirə edəcəklər və həmçinin İran, Ukrayna, Suriya və Yaxın Şərqdəki vəziyyət ətrafında fikir mübadiləsi aparacaqlar.

***

Rusiya və ABŞ prezidentlərinin Osakada G20 sammiti çərçivəsində görüşü dialoqu davam etdirmək üçün yaxşı imkan verir.

Bu sözləri amerikalı həmkarı ilə görüşdən əvvəl jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putin deyib.

“Cənab prezidentlə (ABŞ) razılaşmaya bilmərəm, danışacaq mövzularımız var. Bütün mövzular qeyd olunub. Biz Helsinki görüşündən sonra çoxdandır görüşmürük”, - Putin bildirib.

***

ABŞ Prezidenti Donald Tramp Yaponiyada G20 sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə zarafat edib.

Bu barədə CNN informasiya yayıb.

Məlumata görə, jurnalistlər görüşün gündəmi ilə bağlı məlumat almaq üçün suallar ünvanlayarkən Tramp onlardan birinin dilindən “2020-ci il seçkilərinə Rusiya müdaxiləsi” sözlərini eşidib.

Bundan sonra Tramp təbəssümlə Putinə çevrilərək, “Seçkilərə müdaxilə eləmə” deyib.

Qeyd edək ki, Vladimir Putinlə Donald Tramp arasında keçirilən görüşdə ABŞ Prezidentinin qızı və kürəkəni - İvanka Tramp və Cared Kuşner, Dövlət katibi Mayk Pompeo, Trampın milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton, Prezidentin müşaviri Fion Hill, Maliyyə naziri Stiv Mnuçin, Ağ Evin yeni mətbuat katibi Stefani Qrişem də iştirak edir.

Rusiya tərəfindən danışıqlara dövlət başçısının köməkçisi Yuri Uşakov, Rusiya XİN rəhbəri Sergey Lavrov, Prezidentin mətbuat katibi Dmitri Peskov qatılıb.

Tarix
2019.06.28 / 10:23
Müəllif
Seymur, Orxan
Digər xəbərlər

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla