Yuxarı

Paşinyanın ABŞ səfəri: Bakı hazır olmalıdır – Şərh

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 22-də ABŞ-ın Los-Anceles şəhərində ermənilər qarşısında çıxış etməyi planlaşdırır. Los-Anceles İrəvandan sonra bəlkə də ermənilərin ən çox olduğu şəhərlərdən biridir və aydındır ki, görüşə Kaliforniyanın digər şəhərlərində yaşayan ermənilər də qatılacaq. Bunun üçün artıq hazırlıq işlərinə başlanılıb.

Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb.

Analizdə səfərlə bağlı bir sıra vacib məqamlara diqqət yetirilib:

“Birincisi, Paşinyana Ermənistanda nəyisə dəyişmək üçün pul lazımdır. Beynəlxalq maliyyə təşkilatları və böyük dövlətlər Paşinyana bu bir ildə pul vermədilər. Ona görə də Paşinyanın yeganə ümidi varlı erməni diasporunun üzvlərinədir. Paşinyan Los-Ancelesdəki çıxışında açıq pul dilənməsə də, erməni diasporunun ABŞ-da olan nümayəndələri ilə qapalı görüşlərində bu mövzudan yan keçməyəcək.

İkincisi, Paşinyanın Los-Ancelesdəki ermənilər qarşısında çıxışının əsas tezisləri üzərində düşünməyə dəyər. Paşinyanın bir illik hakimiyyəti göstərdi ki, onun söz ehtiyatı bol deyil, müxalifətdə ikən Serj Sərkisyanı yıxmaq üçün dağıdıcı şüarları diqqəti cəlb edirdi, ancaq o hakimiyyətə gəldikdən sonra böyük kütlə qarşısındakı çıxışlarında çətinlik çəkir. Çünki verilən vədləri yerinə yetirmək lazımdır. Onun Xankəndidəki 2050-ci ilə hədəflənmiş çıxışı isə ermənilər arasında məzhəkəyə səbəb oldu. Mümkündür ki, Paşinyan Los-Ancelesdəki çıxışında Tehranda və Xankəndidə ermənilər qarşısındakı tezisləri təkrarlasın.

Üçüncüsü, Paşinyanın Los-Ancelesdəki çıxışı zamanı Tehrandakı təxribatın təkrarlanması ehtimalı var. Paşinyan Tehranda çıxış edərkən İran erməniləri “Qarabağ Ermənistanındır” şüarını qaldırmışdılar. Erməni ermənidir, istər İrandakı olsun, istər ABŞ-dakı. Ona görə də sentyabrın 22-nə Azərbaycan Xarici İşlər Nazirliyi və onun Los-Ancelesdəki konsulluğu da hazırlaşmalıdır. Qabaqlayıcı addımlar haqqında düşünməyə ehtiyac var”.

Tarix
2019.08.13 / 13:55
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla