Yuxarı

Züqanovdan etiraf: QKÇP-nin qarşısını ala bilərdik, amma...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Züqanovdan etiraf: QKÇP-nin qarşısını ala bilərdik, amma...

1991-ci ilin avqust qiyamından qaçmaq olardı. Xüsusilə, Kommunist Partiyası bunun üçün hər şeyi edirdi, amma onun sadəcə öz fəaliyyətlərini təşkil etmək üçün zamanı çatmadı.

Axar.az xəbər verir ki, bunu Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov deyib.

“Biz Rusiya Sovet Federativ Sosialist Respublikasının Kommunist Partiyasını yaratdıq. Mixail Qorbaçov və Aleksandr Yakovlek buna qarşı şiddətli müqavimət göstərirdilər. Əgər biz bunu bir il əvvəl edib, möhkəmlənsəydik, Qorbaçova ittifaqı dağıtmağa, Boris Yeltsinə çevriliş etməyə izn verməzdik. Təşkilatçılıq strukturunun gücləndirilməsi üçün sadəcə bir il çatmadı”, – deyə o bildirib.

Qeyd edək ki, 1991-ci ildə bir qrup SSRİ lideri, ölkənin son prezidenti Mixail Qorbaçovun hakimiyyətdən uzaqlaşdırıldığını bildirdilər. Onlar Fövqəladə Vəziyyətlə bağlı Dövlət Komitəsinin (QKÇP) yarandığını bəyan etdilər. Qorbaçov tezliklə Krımda tam nəzarət altına alındı. QKÇP Qorbaçovun səhhətindəki problemlərlə əlaqədar vəzifəsini icra edə bilmədiyini və bütün səlahiyyətlərinin vitse-prezident Gennadi Yanayevə verildiyi haqda məlumat yaydı.

Tezliklə bütün SSRİ-də fövqəladə vəziyyət tətbiq edildi, bütün siyasi partiyaların fəaliyyəti dayandırıldı, kütləvi aksiyalar qadağan edildi, Moskva da daxil olmaqla bütün şəhərlərə ordu yeridildi.

Komitəyə ən böyük zərbə Rusiya Sovet Federativ Sosialist Respublikasının Prezidenti Boris Yeltsin tərəfindən vuruldu. Belə ki, Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu əvvəlcə Yeltsini nəzarət altına alsa da, sonradan onun Moskvaya gəlməsinə izn verildi. Bu isə QKÇP-nin çökməsində mühüm rol oynadı.

Avqust çevrilişi 3 gün davam etdi. Avqustun 21-də qiyam yatırıldı, şəhərlərdən ordu çıxarıldı. 22 avqustda isə Mixail Qorbaçov Moskvaya qayıtdı. QKÇP-nin bütün üzvləri həbs edildi. Onlar vətənə xəyanətdə ittiham edilsələr də, sonradan hər biri əfv edilərək azadlığa buraxıldı. QKÇP-dən cəmi dörd ay sonra SSRİ süqut etdi.

QKÇP-yə SSRİ vitse-prezidenti Gennadi Yanayev, Müdafiə nazirinin müavini Oleq Baklanov, DTK sədri Vladimir Kryuçkov, Baş nazir Valentin Pavlov, Daxili İşlər naziri Boris Puqo, Kəndli Birliyinin sədri Vasili Starodubçov, Dövlət Sənaye, Nəqliyyat, Tikinti Obyektləri Assosiyasiyalarının prezidenti Aleksandr Tizyakov və Müdafiə naziri Dmitri Yazov daxil idi.

Tarix
2019.08.19 / 12:37
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

Bitkoin kəskin ucuzlaşdı

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla