Yuxarı

Rusiyadan Şimali Koreyaya şok: 160 vətəndaş saxlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan Şimali Koreyaya şok: 160 vətəndaş saxlanıldı

Rusiya sərhədçiləri Koreya Xalq Demokratik Respublikasına (KXDR) məxsus iki gəminin və 11 motorlu qayığın heyət üzvləri olan ümumilikdə 160 nəfəri saxlayıblar.

Axar.az xəbər verir ki, hadisə Yapon dənizinin Rusiya məxsus hissəsində baş verib. Rusiya Federal Təhlükəsizlik Bürosunun ictimaiyyətlə əlaqələr mərkəzinin məlumatına görə, KXDR vətəndaşları və sərhədçilər arasında yaralananlar var.

Hadisənin səbəblərinin araşdırılması üçün KXDR-in Rusiyadakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Sərhədçilər koreyalı brakonyerlərdən balıq ovu üçün qadağan edilmiş tilovlar götürüblər. Saxlanılan şəxslər Naxodka limanına aparılıb.

Qeyd edək ki, bu barədə ötən gün yayılan ilkin məlumatda rus sərhədçilərdən 3 nəfərin atışmada yaralandığı bildirilmişdi. Rusiyalı senator Frants Klintseviç isə Şimali Koreyadan olan brakonyerlərlə bu toqquşmanın iki ölkə arasında münasibətlərə təsir etməyəcəyini, ancaq brakonyerlərdə silah-sursatın olmasının "böyük suallar doğurduğunu" qeyd etmişdi.

Tarix
2019.09.18 / 20:14
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla