Yuxarı

Yeni hökumət prezidentə təqdim edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni hökumət prezidentə təqdim edildi

Portuqaliyanın yeni təyin edilmiş Baş naziri, Sosialist Partiyasının lideri Antoniu Koşta bu gün yeni çağırış 22-ci Konstitusiya hökumətinin tərkibini ölkə Prezidenti Marselu Rebelu di Souzaya təqdim edib.

Azərtac xəbər verir ki, hökumətə 50 dövlət katibi daxil olub. Onların 18-i qadındır. A.Koştanın yeni hökumətində 22 yeni ad var.

Antoniu Koştanın başçılıq etdiyi ikinci hökumətdə 19 nazir, habelə Baş Nazir olmalıdır ki, bu da onu ölkədə demokratiyanın bərqərar olduğu 1974-cü il inqilabından sonra mövcud olmuş 21 hökumət arasında ən iri hökumətə çevirir.

Yeni hökumətdə Portuqaliya hökumətinin bütün tarixi ərzində rekord sayda qadın nazir təmsil olunacaq. Dövlət Xarici İşlər naziri vəzifəsinə Auqusto Santos Silva, Dövlət Maliyyə naziri vəzifəsinə Mario Senteno, Müdafiə naziri vəzifəsinə Joao Qomeş Kravinyu, Daxili İşlər naziri vəzifəsinə Eduardu Kabrita, Mədəniyyət naziri vəzifəsinə Qrasa Fonseka, Təhsil naziri vəzifəsinə Tyaqo Brandao Rodriges, Səhiyyə naziri vəzifəsinə Marta Temido təqdim ediliblər.

Oktyabrın 6-da Portuqaliya Respublikasında parlament seçkiləri keçirilib. Seçkilərdə Baş Nazir Antoniu Koştanın Sosialist Partiyası qalib gəlib. Seçicilərin səslərinin 36,34 faizini toplayan partiya parlamentdə 108 deputat kürsüsünə sahib olub.

Tarix
2019.10.22 / 01:09
Müəllif
Axar.az
Digər xəbərlər

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla