Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
00:25
| Ana səhifə Planet |
|
ABŞ Prezidenti Donald Tramp 2019-cu ildə yaratdığı Kosmik Qüvvələrə bənzər Süni İntellekt Qüvvələrinin yaradıldığını elan edib.
Axar.az xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
“Böyük uğurlar qazanan Kosmik Qüvvələrini yaratdığım kimi, indi də Süni İntellekt Qüvvələrini təşkil edirəm. Süni intellekt yeni sənaye inqilabıdır, lakin o, daha böyük və daha təsirli olacaq, bəlkə də ölkəmizin ÜDM-nin 25 faizini əhatə edəcək. Biz Çindən və dünyanın qalan hissəsindən irəlidəyik və mən bu üstünlüyü qorumaq niyyətindəyəm!”, - Tramp qeyd edib.
|
Tarix
2026.09.19 / 23:35
|
Müəllif
Axar.az
|