Yuxarı

Şok: Suriya cinayətində Almaniyanın əli var - Sənədlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya şirkətlərinin uzun müddət Suriyaya kimyəvi silah istehsalında yardım etdikləri üzə çıxıb.

Axar.az xəbər verir ki, Almaniya şirkətlərinin Bəşər Əsədə yardım etmələri barədə sənədlər də var. "Şpiqel" ("Spiegel") jurnalı Suriya Prezidenti Bəşər Əsəd və atası Hafiz Əsədə 30 il boyunca dünyanın ən böyük kimyəvi mərmilərini istehsal etmələri üçün alman şirkətləri tərəfindən yardım edildiyini yazıb.

Suriyaya yardım edən alman şirkətlərinin siyahısı 16 aydır Almaniya Baş naziri Angela Merkel və Baş nazir müavini Siqmar Qabrielin masasında olduğu da iddialar arasındadır. Bu siyahının Almaniya hökumətinə 2013-cü ildə Nobel sülh mükafatına layiq görülən və ötən il BMT ekspertlərinin Suriyadakı kimyəvi silahları məhv etməsinə yardım göstərən Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı tərəfindən verildiyi qeyd olunub.

Siyahının Almaniya hökuməti tərəfindən "məxfi" olaraq dəyərləndirildiyi və bu adların açıqlanmasının isə ölkənin xarici siyasətinə zərər verəcəyi bildirilir.

Tarix
2015.01.25 / 12:37
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

Rəsmi Bakıdan Fransaya xəbərdarlıq

İkitərəfli sülh danışıqları töhfə verir - Bayramov

4 kəndi qaytarması İrəvanın özü üçün şansdır - Türkiyə

Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi

Ermənilər qorxuda: Almatı danışıqlarının arxasındakı ölkə...

Doha Bəyannaməsi qəbul edildi: 4 kəndin qaytarılması, sülh...

Bayramov Qətərin baş naziri ilə görüşdü

253 azərbaycanlı Ermənistana aparılıb - Səmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla