Yuxarı

Gürcüstanda daşınmaz əmlak alanların sayı artır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda daşınmaz əmlak alanların sayı artır

Son 4 il ərzində Gürcüstanda daşınmaz əmlak alan xarici ölkə vətəndaşlarının sayı artıb.

Azərtac xəbər verir ki, bu barədə Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.

Məlumatda deyilir ki, Gürcüstanda daşınmaz əmlak alan xaricilər sırasında Rusiya vətəndaşları üstünlük təşkil edirlər.

Hesabat dövründə Rusiya vətəndaşları Gürcüstanda 15133 daşınmaz əmlak alıblar. Bu da, Gürcüstanda daşınmaz əmlak alanların 40 faizini təşkil edir. Siyahıda ikinci yerdə İran (5598), üçüncü yerdə 2599 əmlakla Ukrayna vətəndaşları dayanırlar.

Gürcüstanda, həmçinin 1634 İsrail vətəndaşının, 1447 Ermənistan, 1226 Türkiyə, 1192 Azərbaycan və 1182 nəfər ABŞ vətəndaşının adına daşınmaz əmlak qeydə alınıb. Onların böyük əksəriyyəti Gürcüstanda əsasən çoxmənzilli yaşayış binalarından əmlak alıblar.

Bundan başqa, torpaq alanların sayında da müəyyən artım qeydə alınıb.

Tarix
2019.11.08 / 00:43
Müəllif
Axar.az
Digər xəbərlər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla