Yuxarı

Polis canlı yayımda etirazçını güllələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis canlı yayımda etirazçını güllələdi

Honkonq polisi maskalı etirazçını güllə ilə gövdəsindən vurub.

Teleqraf.com xəbər verir ki, bu olay şəhər boyu qarşıdurmalara və polisə qarşı qəzəbin yenidən artmasına gətirib çıxarıb. Orada etirazçılar küçələri blok edib, polis zabitlərini təhqir edib.

Güllələmə anı Feysbukda canlı göstərilib. Bu, beynəlxalq maliyyə mərkəzində beş aydan çoxdur davam edən demokratiya lehinə etirazlarda yaşanan ən son gərginlikdir.

Feysbuk videosunda polis zabitinin Sai Van Ho rayonunda etirazçıların bağladığı yol kəsişməsində maskalı etirazçını saxlamağa çalışarkən ona tapança çəkdiyi göstərilir.

Daha sonra digər silahsız maskalı şəxs polis zabitinə yaxınlaşır və güllə ilə vurularaq, yerə yıxılır.

Bundan bir neçə saniyə sonra polis zabiti bir başqa maskalı etirazçı ilə yerdə dalaşarkən daha iki dəfə atəş açılır. Onların hər ikisi polis tərəfindən saxlanılıb.

Videoda ilk insanın yanında yerdə qanın olduğu göstərilir, lakin o, daha sonra qaçmağa başlayıb.

İkinci şəxsin isə şüuru yerindədir və o, əlləri qandallanarkən müxbirlərə öz adını söyləyir.

Honkonq polisi bildirib ki, bir nəfərə güllə dəyib, xəstəxana rəsmiləri isə 21 yaşlı bir kişinin güllə ilə yaralandığını bildirib.

Yarı-muxtar Çin şəhərində 24 həftədir genişmiqyaslı və getdikdə zorakı hal alan etirazlar keçirilir, lakin Pekin daha çox demokratik hüquqlar və polis cavabdehliyinə çağıran hərəkata təslim olmağı rədd edir.

Tarix
2019.11.11 / 23:01
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla