Yuxarı

Bu ölkə yenidən təhlükədə: Yüz aviareys ləğv olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə yenidən təhlükədə: Yüz aviareys ləğv olundu

Filippində yüzdən çox daxili və beynəlxalq aviareys ləğv olunub. Hakimiyyət orqanları aeroportları yaxınlaşmaqda olan “Tisoy” qasırğasına hazırlayır.

Axar.az xəbər verir ki, Filippin Mülki Aviasiya İdarəsinin baş direktoru Jim Sydiongco yerli aviadaşıyıcıları tayfun səbəbindən hava əlaqəsində yarana biləcək çətinliklərə görə qabaqlayıcı tədbirlər görməyə çağırıb.

İdarənin nəzarəti altında olan aeroportlara yüngül təyyarələrin, avadanlıqların və sənədlərin yerini daha quru və təhlükəsiz rayonlara dəyişmək, pəncərə və qapıları bərkitmək, həmçinin ikinci dərəcəli personalı evlərinə göndərmək tapşırılıb. Eyni zamanda, ölkə ərazisində bütün təlim uçuşları dayandırılmalıdır.

“Business Mirror” qəzetinin məlumatına görə, paytaxt Manila regionunun bir sıra rayonlarında və bəzi əyalətlərdə məktəblər bağlanıb. Həmçinin 4,5 min nəfər limanları tərk edə bilmir. Yerli hakimiyyət orqanları Albay əyalətində 100 mindən çox insanın məcburi təxliyəsinə başlayıb.

Qasırğanı müşayiət edən güclü leysan yağışları səbəbindən 300 minə yaxın insan daşqın təhlükəsi ilə üzləşib.

Tarix
2019.12.02 / 19:37
Müəllif
Axar.az
Digər xəbərlər

Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

Qubadlının azad edilməsi müharibədə mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla