Yuxarı

Rus mediası Njde ilə bağlı materiallar yaydı – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus mediası Njde ilə bağlı materiallar yaydı – Video

14:47

Krasnodar.sm-nyus redaksiyası Qaregin Njdenin məhkəməsinin arxiv sənədlərini və SSRİ dövlət təhlükəsizliyi nazirinin yanında xüsusi müşavirə iclasının gündəliyini yayıb. Məlum olub ki, hələ 1920-1921-ci illərdə Ter-Arutunyan (Njde) Zəngəzurda hərbi qüvvələrin baş komandanı olub, Qızıl Orduya qarşı savaşıb, daha sonra xaricə qaçaraq antisovet təbliğatı aparıb.

Axar.az-ın məlumatına əsasən, İkinci Dünya müharibəsi zamanı Njde Sovet ordu hissələrinə qarşı dağıdıcı fəaliyyət aparmaq niyyətilə alman kəşfiyyat orqanları ilə əlaqə qurub, alman kəşfiyyat və əks-kəşfiyyat orqanlarının tapşırıqlarını yerinə yetirmək üçün insanların cəlb edilməsi və təlimi ilə məşğul olub, 1942-ci ildə Berlində yaradılmış “erməni milli şurasının” üzvü olub.

“Ter-Arutunyan Ermənistanda əks-inqilab hakimiyyətinin üzvü olub və bu hakimiyyətin silahlı qüvvələrinin komandanı olaraq Qızıl Orduya qarşı mübarizəyə rəhbərlik edib. Mühacirətdə olarkən Njde gənc erməni faşist təşkilatına rəhbərlik edib, İkinci Dünya müharibəsi zamanı isə alman kəşfiyyatı ilə əlaqə yaradıb. Həmçinin Ter-Arutunyanın müəllifi olduğu millətçilik məzmunlu antisovet ədəbiyyatı də işə əlavə olunub”, - deyə nəşrin məqaləsində qeyd olunub.

Məhkəmənin nəticələrini təsdiq edən ifadə materialları həmçinin Vaçe Ovsepyanın müəllifi olduğu “Qaregin Njde və DTK: kəşfiyyatçının xatirələri” toplusunda da saxlanılır. Njde demək olar, bütün ittiham bəndləri üzrə təqsirkar olduğunu etiraf edib və 25 il müddətinə həbs cəzasına məhkum olunub.

Tarix
2019.12.05 / 17:04
Müəllif
Əli, Vüsal
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla