Yuxarı

Sərkisyan əleyhinə petisiyaya ermənilər də qoşuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan əleyhinə petisiyaya ermənilər də qoşuldu

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrupun Ermənistan Prezidenti Serj Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün başladığı petisiya bir həftə ərzində 23 minə yaxın səs toplayıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından Axar.az-a bildiriblər ki, artıq adıçəkilən petisiya cəmiyyətdə geniş reaksiya doğurub. Bu həftədən etibarən ali təhsil müəssisələri də petisiyaya aktiv şəkildə qoşulublar. Bundan əlavə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində müxtəlif ölkələrdə (Türkiyə, İngiltərə, Ukrayna, Belçika, Rusiya, Niderland və s.) təhsil alan həmyerlilərimiz də bu petisiyanı dəstəkləyirlər.

Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan da Türkiyə gəncliyinə və tərəfdaşlarına müraciət edərək, petisiyanı dəstəkləyib.

Petisiyaya imza atanlar arasında hətta ermənilər və Ermənistan KİV-ləri də var. Müxtəlif sosial şəbəkələr üzrə (Feysbuk, Tvitter, Quql, İnstaqram) geniş yayılan petisiya artıq erməni tərəfində ciddi narahatlıq doğurur.

Xatırladırıq ki, petisiya 100 min səs toplandıqdan sonra BMT Təhlükəsizlik Şurasına ünvanlanacaq.

Aşağıdakı keçiddən istifadə etməklə petisiyanı dəstəkləmək olar.

https://secure.avaaz.org/en/petition/United_Nations_Security_Council_Recognize

_Serzh_Sargsyan_the_President_of_Armenia_as_a_war_criminal_1/?preview=live).

Tarix
2015.02.06 / 01:39
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib - Prezident

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

AXC-nin 1 yaşı necə keçib? - Əli Yusifin 1919-ci il yazısı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla