Yuxarı

“Putin unudur ki, bu, ABŞ-ın heç vecinə də deyil”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Putin unudur ki, bu, ABŞ-ın heç vecinə də deyil”

"Poroşenko Putinə əlini uzadanda gözlərilə sanki ondan nə qədər zəhləsi getdiyini göstərmiş oldu. Əslində, bu gözlər elə Ukrayna xalqının gözləri idi".

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Azər Qasımlı çıxış edib. O, Minskdə Ukrayna problemi ilə bağlı "Normand dördlüyü"nün keçirdiyi 14 saatlıq görüş barədə ayrı-ayrı məqamlara diqqət çəkib:

* Putin görüşə axırıncı gəldi. Özünü Stalin kimi apardı. Stalin də vaxtı ilə Çörçil və Ruzveltlə görüşə gecikmişdi. Putin elə təəssürat yaratmaq istəyirdi ki, danışıqlar daha çox Ukrayna ilə Qərbə lazımdır. Amma o unudur ki, bu, daha güclü olan ABŞ-ın vecinə də deyil.

* Poroşenko Putinə əlini uzadanda gözlərilə sanki ondan nə qədər zəhləsi getdiyini göstərmiş oldu. Əslində, bu gözlər elə Ukrayna xalqının gözü idi. Demək, bundan sonra iki xalq arasında hər hansı bir isti münasibətin olması üçün illər, bəlkə 10 illər tələb olunacaq.

* Lukaşenko Avropanın axırıncı diktatoru elan edilsə də, Merkel və Ollandı çox isti qarşıladı, onlar da buna etiraz etmədilər. Onlar üçün əsas məsələ danışıqların nəticəsidir. Lukaşenkonun reqaliləri isə ikinci, bəlkə də üçüncü dərəcəli məsələdir. Amma Lukaşenko özü Qərbin gözündə müsbət xal yığa bildi. Elə bu görüşlərdən deyəsən ən qazanclı o çıxacaq.

* ABŞ bilavasitə Minsk görüşündə iştirak etməsə də, əslində, danışıqları nəzarət altında saxlayırdı. Çünki bir tərəfdən Putin bilir ki, hədsiz prinsipial olsa, danışıqlar alınmayacaq və ABŞ Ukraynanı silahlandıracaq. Poroşenko da bunu bilir. Üstəlik də bu fakt onu Merkelin və Ollandın istənilən təzyiqindən də qoruyurdu. Çünki avropalılar münaqişənin dondurulmasında maraqlı ola və bununla bağlı Ukrayna prezidentini kompromislərə vadar etməyə cəhd göstərə bilərlər. Təbii ki, Merkel və Olland da bunu anlayır.

* İlk olaraq Minsk danışıqları haqqında qısa açıqlama verən Poroşenko oldu. O, hər hansı bir müsbət nəticənin olmamasını dilə gətirdi. Müsbət deyəndə Ukrayna prezidenti təbii ki, öz ölkəsini nəzərdə tuturdu. Amma onun sözlərindən sonra rus rublu daha da dəyərdən düşdü. Bir sözlə, rus iqtisadiyyatı sülhdə daha maraqlıdır.

Tarix
2015.02.12 / 14:40
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu

Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi

Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla