"Ukrayna yalnız Putinə manevrlər etmək üçün
vasitədir".
Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq
Stanislav Belkovski çıxış edib.
O, Putinin tarixə qarşı oynadığını bildirib:
"Putin Yalta-Podstam dünyasına qayıtmaq istəyir. Bu isə
mümkünsüzdür. Taktiki mənada isə bu, təkcə Ukrayna və Avropa üçün
yox, həm də bütün dünyaya təhlükədir. Ona görə ki, siyasi
ambisiyalar baxımından Putin çox uzaqlara gedə bilər. Hazırda
iki-üç il davam edəcək böhrana hazırlaşmaq lazımdır. Amma Putin
tezliklə uduzacaq. Çünki o anlayır ki, artıq əsas oyunu uduzub.
Yaxın iki ildə isə biz onun taleyinin nə olacağını görəcəyik".
Qeyd edək ki, Yalta-Podstam sistemi İkinci Dünya Müharibəsindən
sonra keçirilmiş eyni adlı iki konfransdan sonra yaradılıb. Bunun
nəticəsində isə dünya SSRİ və ABŞ arasında kapitalizmlə sosializm
sistemlərinə bölünüb.