Yuxarı

Türkləri satan adam ilk dəfə bu haqda yazdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkləri satan adam ilk dəfə bu haqda yazdı

"Krımda Rusiya bayrağı qaldırılanda bütün yarımadaya mən nəzarət edə bilərdim".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Krımın keçmiş Baş nazirinin müavini Rüstəm Temirqalıyev çıxış edib.

O bu haqda ilk dəfə ictimaiyyətə məlumat verdiyini deyib:

"Rusiya bayrağı Krımın Ali Sovetinin binası üzərində qaldırılandan bir neçə saat sonra parlamentdə kimin gələcək Baş nazir olacağı ilə bağlı kəskin müzakirələr başladı. Nəticədə üç namizəd irəli sürüldü. Bunlar Aksyonov, Plakida və mən idim. Həmin vədə Yanukoviç də bizimlə əlaqədə idi. O, deputatların əksəriyyətinin dəstəkləyəcəyi şəxsin mövqeyini tutmağa hazır idi. Həmin vədə parlament zalında vəziyyət həddən artıq gərgin idi və təcili kompromis gərəkirdi. Nəticədə mən öz namizədliyimi çəkib, hər kəsdən Aksyonovu dəstəkləməsini xahiş etdim. Aksyonov Baş nazir seçildi və bir neçə dəqiqə sonra Yanukoviç də özünün razılığını göndərdi".

Qeyd edək ki, Krımın keçmiş baş nazirinin müavini, hazırda Tatarıstanın Qazaxıstandakı rəsmi nümayəndəsi Rüstəm Temirqalıyev Ukraynanın "Oşad Bank"ının qızıllarını ələ keçirməkdə günahlandırılır. Hazırda Temirqalıyevə qarşı FSB tərəfindən cinayət işi açılıb.

Onu da xatırladaq ki, Rüstəm Temirqalıyevin atası İlmir Temirqalıyev 2014-cü ilə qədər Krım tatarlarına rəhbərlik edib. Keçən ilin martında ata Temirqalıyev Tatarıstanın Krımdakı daimi nümayəndəsi vəzifəsinə təyin edilib. Temirqalıyev Rusiya Krımı anneksiya edən zaman Krım tatarlarının əleyhinə olaraq Moskvanı dəstəkləyən əsas şəxslər sırasında öncül yerlərdən birini tutmuşdu.

Tarix
2015.02.24 / 08:40
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla