Yuxarı

Trampın Assanca şok təklifi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın Assanca şok təklifi

Respublikaçılar Partiyasından olan keçmiş konqresmen Dana Rohrabaşer 2017-ci ilin avqust ayında Ekvadorun Londondakı səfirliyində “Vikiliks” rəhbəri Culian Assancla görüşərək ona Donald Trampın əfv şərtlərini çatdırıb.

Axar.az xəbər verir ki, bunu Assancın vəkili Edvard Fitzcerald məhkəmədə çıxışı zamanım deyib.

Vəkilin sözlərinə görə, Tramp əfv şərti olaraq Assancın Demokratlar Partiyasına aid e-maillərin sızdırılmasında Rusiyanın rolunu rədd etməsini istəyib.

Hakim Vanessa Baraytzer Assancın vəkilinin səsləndirdiyi iddianı dəlil kimi qəbul edib.

Ağ Evin mətbuat katibi Stefani Qrişem məsələ ilə bağlı açıqlama verib.

Qrişem bildirib ki, Trampla Rohrabaşer arasında nəinki bu barədə, ümumiyyətlə, heç bir söhbət olmayıb:

“Bu xəbər tamamilə uydurma və yalandır. Bu, bəlkə də Demokratlar Partiyasının başqa bir tələsidir”.

Qeyd edək ki, Assanc 2019-cu ildə Ekvador tərəfindən Britaniyaya təhvil verilib. Britaniya isə onu ABŞ-ın tələbi əsasında həbs edib.

Vaşinqton Assancı casusluqda və məxfi informasiyanı yaymaqda ittiham edir.

Tarix
2020.02.20 / 10:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla