Yuxarı

Nemtsovun qətlinin yeganə şahidi yoxa çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nemtsovun qətlinin yeganə şahidi yoxa çıxdı

Ukraynanın Moskvadakı konsulu Gennadi Breskalenko Boris Nemtsovun qətlə yetirildiyi vaxt onun yanında olan model Anna Duritskayanın harada olduğundan xəbərsizdir.

Axar.az xəbər verir ki, ukraynalı diplomat bu barədə "Azadlıq" radiosuna verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, 23 yaşlı modellə görüşmək üçün İstintaq Komitəsində olub, lakin qızla görüşə bilməyib:

"Duritskaya şahid statusundadır və o, Ukraynaya sərbəst gedə bilər".

Ukraynanın Xalq Cəbhəsi Partiyasından olan millət vəkili Ostap Semerak da Duritskayanın harda olması ilə bağlı məlumatların olmadığını təsdiq edib. Millət vəkili deyib ki, qızın qohumları onunla əlaqə saxlayır, lakin Duritskaya harada olmasını özü də bilmir.

"O deyib ki, onu hansısa mənzilə aparıblar. Orada mühafizəçi var. Həmin yeri tərk etməyə ona icazə verilmir", - Semerak bildirib.

Rusiya İstintaq Komitəsi məsələ ilə bağlı heç bir açıqlama verməyib. Duritskaya fevralın 28-i səhər dindirildikdən sonra Komitənin binasını tərk edib.

Qeyd edək ki, rusiyalı müxalifətçi Boris Nemtsov fevralın 27-də saat 23:40-da Moskvanın mərkəzində naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Tarix
2015.03.01 / 14:57
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla