Yuxarı

ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı

ABŞ-ın Yuta ştatının qubernatoru Qeri R.Herbert Xocalı qətliamının ildönümü ilə bağlı martın 2-də məktub imzalayıb.

Bu barədə Report-a Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan məlumat verilib.

Baş konsul Nəsimi Ağayevə ünvanlanmış məktubda qubernator, Xocalı qətliamının 23-cü ildönümü ilə əlaqədar bu qətliam zamanı uşaq və qadınlar da daxil olmaqla 600-dən çox insanın öldürüldüyünü bildirərək, Yutada, eləcə də bütün dünyada yaşayan azərbaycanlılara Yuta ştatının əhalisi adından başsağlığı verdiyini qeyd edir.

Həmçinin məktubda bildirilir ki, bu faciəvi hadisə müharibə zamanı törədilən vəhşilikləri bir daha yada salır və müxtəlif dini, irqi, etnik, milli və mədəni kimliklərə məxsus insanlar arasında daha çox qarşılıqlı anlaşmanın, ünsiyyətin və dözümlülüyün nə qədər zəruri olduğunu göstərir.

Qubernator Q.R.Herbert sonda Azərbaycan və ABŞ xalqları arasında müxtəlif körpülərin qurulması işinə verdiyi töhfələrə görə, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təşəkkür edərək, iki ölkə arasında iqtisadi, mədəni və təhsil mübadilələri sahəsindəki əlaqələrin təşviqinin təqdirəlayiq olduğunu vurğulayır.

Qeyd edək ki, bu, Yutah Qubernatoru tərəfindən Xocalı qətliamının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir. Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 17-yə çatıb.

Tarix
2015.03.03 / 09:54
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla