Yuxarı

Rusiyanın şok planı: “Putinin aşpazı” Qəzzafini geri qaytarır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın gizli şəkildə Liviyanın devrilmiş lideri Müəmmar Qəzzafinin oğlu Seyfülislam Qəzzafini ölkə rəhbərliyinə gətirməyə çalışdığı iddia edilib.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, “Blumberq” keçən ilin aprel ayında iki rus kəşfiyyatçının bu məqsədlə Qəzzafinin oğlu ilə görüşdüyünü yazıb.

İddiaya görə, Kəşfiyyatçıların paytaxt Tripolidə saxlanılmasından sonra ələ keçən məxfi sənədlər Rusiyanın Şimali Afrikanın neftlə zəngin ölkələri üzərindən Liviyada öz nüfuz dairəsini hansı formada genişləndirdiyinə dair gizli planlarını deşifrə edir.

Burada Moskvanın əsas tərəfdaşı da məhz oğul Qəzzafidir:

“Rusiya cidd-cəhdlə yenidən Liviyada devrilmiş Qəzzafi rejimini bərpa etməyə çalışır. Artıq uzun illərdir vətəndaş müharibəsi içində olan Liviyada Qəzzafi nostalgiyası baş qaldırıb və Seyfülislam Liviyanın ən məşhur siyasətçilərindən birinə çevrilib”, - məqalədə bildirilib.

Məqalədə Seyfülislam Qəzzafinin ön plana çıxarılması təklifinin “Putinin aşpazı” adı ilə tanınan və Liviyada qiyamçı general Xəlifə Haftara dəstək verən “Vaqner” xüsusi təhlükəsizlik şirkətinin başçısı Yevgeni Priqojindən gəldiyi bildirilib.

Məlumatda, eyni zamanda, Seyfülislamın da Rusiyadan kömək gözlədiyi, bu məqsədlə seçilmiş şəxslərin Tunisdə oğul Qəzzafi üçün müşavir kimi yetişdirilməsi və sosial şəbəkələrdə onu dəstəkləyəcək xüsusi kampaniyanın başladılmasının planlaşdırıldığı qeyd edilib.

İddiaya görə, Rusiya hakimiyyəti kəşfiyyat vasitəsilə “Liviyanın yenidən dirçəlməsi strategiyası” adlı planı artıq oğul Qəzzafiyə təqdim edib. Sənəddə Seyfülislamın Liviyanın yeni lideri üçün ya namizəd olması, ya da Rusiya tərəfindən irəli sürülən hansısa bir namizədə dəstək verməsi kimi faktorlar yer alıb.

Məqalədə Seyfülislam Qəzzafi ilə görüşən rus kəşfiyatçıların hələ də Tripolidəki həbsxanalardan birində saxlanıldığı iddia olunub.

Tarix
2020.03.21 / 14:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla