Yuxarı

Rusiya Ukraynaya ikinci enerji cəbhəsi açmayacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Ukraynaya ikinci enerji cəbhəsi açmayacaq

"Rusiya-Ukrayna arasındakı gərginliyin Kremlə təsirləri getdikcə artır".

Bu sözləri Axar.az-a açıqlamasında ekspert Natiq Cəfərli Rusiyanın bu ilin ikinci rübündən Ukraynaya qazın verilməsində endirim məsələsinə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, hərbi vəziyyətdən əlavə, qaz bazarında yaranacaq növbəti gərginlik Rusiyanın xeyrinə olmayacaq, AB və ABŞ-dan daha sərt sanksiyalarla üzləşmək ehtimalı getdikcə artacaqdı:

"Ona görə də indi Rusiya Ukraynaya qarşı ikinci bir enerji cəbhəsi açmaqdan çəkinir. Başqa bir önəmli məsələ isə dünyada qazın qiymətinin neftin qiymətindən asılı olması ilə bağlıdır. Yəni neftin qiyməti endikcə hər 3 aydan bir müqavilələrə yenidən baxmaq ehtimalı yaranır. Rusiya bu il Avropaya satdığı qaza təqribən 15-20, bəzi ölkələr üçün isə 25 faiz endirim etmək məcburiyyətində qalıb. Bu, Beynəlxalq Energetika Xartiyasından və qazın qiymətinin neftdən asılılığından irəli gəlir. Onsuz da Rusiya və "Qazprom" ciddi şəkildə qaz bazarlarını itirmək üzrədir. Yəni satışlar azalıb. Bu da özlüyündə Ukraynanın Avropadan "revers" maddəsi - digər ölkələrə ötürülən qazın yenidən bu ölkəyə qayıtması yolu ilə qaz imkanlarını artırır. O cümlədən Polşa, Slovakiya və digər Avropa ölkələrindən bu prosesin davamlı olacağı haqqında bəyanatlar da olub. Rusiya qaz şantajı ilə Ukraynada dəyişikliyə nail olmağın bu dəfə çox çətin olacağını artıq anlayıb".

Ekspertin sözlərinə görə, endirim etməklə görünür, Rusiya Ukrayna bazarını əlində saxlamağa çalışır:

"Ukrayna Rusiya üçün önəmli bir bazar, eyni zamanda, ildə 20 milyard kub metrə yaxın qaz satdığı bir ölkədir. Gələcəkdə bu cür addımların davamlı olma ehtimalları yüksəkdir. Artıq Rusiya və "Qazprom"un dünya konyekturuna uyğun başqa ölkələr üçün də qiymət endiriminə getməsi labüddür. Hətta Türkiyə ilə danışıqlarda ilkin olaraq 6 faizlik endirim əldə olundu. Hazırda isə 12 faizə yaxın güzəştlər barədə danışıqlar gedir və ilkin razılaşmalar əldə olunub. Yəni bu həm dünyada baş verən konyektur danışıqları, həm də Rusiyanın bazarlarını itirmə və yeni sanksiyalarla üzləşmə qorxusu ilə bağlı atılmış addımdır".

Tarix
2015.03.05 / 08:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla