Yuxarı

Dünyada korona şoku: ən sürətli artım ABŞ-dadır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyada korona şoku: ən sürətli artım ABŞ-dadır

2020.03.28. 13:41

Koronavirus pandemiyasının dünya üzrə yayılması ilə bağlı son statistika açıqlanıb.

Axar.az xəbər verir ki, ən son məlumata görə, koronavirusa 658.205 nəfər yoluxub. Onlardan 30.442 nəfər dünyasını dəyişib, 141.419 nəfər sağalıb.

Koronavirusa yoluxma halı yenə ən çox ABŞ-da müşahidə edilir. Bu ölkədə virusa yoluxanların sayı 120.204-ə çatıb. Yoluxanlardan 1.996 nəfər dünyasını dəyişib. Son sutkada yoluxma 16.078, ölüm isə 300 nəfərdir.

İtaliyada 92.472 nəfər yoluxub ki, onlardan 10.023 nəfər dünyasını dəyişib. İtaliyada son sutkada yoluxma 5.974, ölüm isə rekord həddə - 889 nəfərdir.

Çində 81.394, İspaniyada 72.335, Almaniyada 57.695, Fransada 37.575, İranda 35.408 yoluxma var.

İspaniyada son sutkada 662 (ümumi 5.820) ölüm faktı qeydə alınıb ki, bununla da ölkə ikinci yerə çıxıb.

Çində son sutkada bu virusdan cəmi 3 nəfər dünyasını dəyişib, Fransada 319 (ümumi 2.314), Almaniyada 79 (ümumi 430) nəfər ölüb.

İranda koronavirusdan bu gün 139 (ümumi 2.517) nəfər dünyasını dəyişib.

Tarix
2020.03.29 / 01:31
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayev İlham Əliyevə təşəkkür etdi

Azərbaycanlı ilə eşq yaşayan erməni konsuldan yeni xəbər

Bakıda D-8 Media Forumunun keçirilməsi bunu təsdiqləyir

Astana Zəngəzur vasitəsilə Türkiyəyə yeni marşrut açır

Prezidentin müraciəti BMT sənədi kimi yayıldı

Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır

Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Bakıya gəldi

Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən... - Prezident

COP30-da yanğın: azərbaycanlılar xəsarət alıb?

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla