Yuxarı

ABŞ-da həkimin korona müalicəsi rezonans doğurdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qlobal Riserç” (Global Research) bildirir ki, hazırda dünyanın 40 ən böyük əczaçılıq şirkəti koronavirusa qarşı vaksinin və ya dərmanın hazırlanması istiqamətində elmi araşdırmalarını davam etdirir. Bu işə milyardlarla dollar xərclənir. Ancaq koronavirusa qarşı effektli vasitənin daha çox gəlir gətirəcəyi bəri başdan məlumdur. O da aydındır ki, bu ilin sonuna kimi belə bir vasitənin apteklərdə satılacağı inandırıcı görünmür.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, koronovirusla mübarizədə təbabət getdikcə daha çox təcrübə qazanır və artıq daha çox insanı müalicə etmək mümkün olur. Biz bu prosesin real nəticəsini Çində gördük. Orada koronavirusa yoluxanların sayı kəskin şəkildə azalıb, bu virusa yoluxanlar arasında ölüm faizi də ciddi şəkildə aşağı düşüb, müalicə nəticəsində tam sağalanların sayı isə artır.

Təəssüf ki, İtaliyada vəziyyət nəzarətdən çıxıb.

“Qlobal Riserç”dən bildirir ki, koronavirusun müalicəsi ilə bağlı ABŞ-da da ciddi irəliləyiş müşahidə olunur. Çində koronavirus daşıyıcını müəyyən etmək üçün aparılan testə 40 dəqiqə sərf olunurdu. Amerikada isə bu prosesə cəmi 15 dəqiqə bəs edir.

Nyuyorklu həkim Vladimir Zelenkonun müalicə metodu isə Amerikada geniş rezonans doğurub. O, müalicə etdiyi 500-dən çox pasiyentin hamısını sağalda bilib. Yoluxanların heç biri xəstəxanaya yerləşdirilməyib, ölüm hadisəsi də qeydə alınmayıb. Başqa sözlə desək, həkim 100 faizilik uğura imza atıb.

O da maraqlıdır ki, Vladimir Zelenkonun müalicə üsulu çox ucuz başa gəlir. Belə ki, həkim koronavirusa qarşı sinkli hidroksixloroxin (Hydroxychloroquine with Zinc, Гидроксихлорохин) istifadə edir. Bu isə 12 dollar xərc aparır.

Fevralın əvvəlində ABŞ-da koronavirus testini həyata keçirmək üçün vətəndaş 3 min dollar ödəməli olurdu. Bir çox hallarda isə tibbi sığorta şirkətləri həmin vəsaiti ödəməkdən imtina edirdi. Yəni bir aylıq maaşı verib testdən keçirdin. İndi isə belə testdən keçmək üçün 100-250 dollar arası məbləğ ödənilir.

Onu da qeyd edək ki, hazırda koronavirus məhz Nyu Yorkda sürətlə yayılır. 40 min nəfərə yaxın adamda bu virus aşkar edilib. Nyu York koronavirus baxımından Amerikanın episentri hesab olunur.

"Foks Nyus"a açıqlama verən ekspertlər Vladimir Zelenkonun metodunu yüksək dəyərləndiriblər. Bu isə o deməkdir ki, bu metod ABŞ-da geniş şəkildə tətbiq olunacaq.

"Vaşinqton Post" yazır ki, yəhudi əsilli rusiyalı həkimin əldə etdiyi nəticə Ağ Evin də diqqət mərkəzindədir. Belə ki, Donald Tramp administrasiyasının yeni şefi Mark Meadovs onunla sıx əlaqə saxlayır. Ağ Evin xüsusi etimad göstərdiyi mütəxəssislər də bu prosesi yaxından izləyir. Onların hesablamasına görə, Vladimir Zelenko indiyə kimi 500 nəfərdən artıq pasiyenti müalicə edib.

Ağ Ev bildirir ki, Vladimir Zelenko müalicə üçün sinkli hidroksixloroxin ilə yanaşı antibiotiklərin kombinasiyasından istifadə edir. Bu tip dərmanları hazırlamaq üçün adətən 9 ay vaxt lazım gəlir. Ancaq Vladimir Zelenkonun metodu ilə effektli məhlulun əldə olunması üçün cəmi 3 gün yetir.

Ağ Evin bu müalicə metoduna marağı o həddədir ki, Prezident Donald Tramp hidroksixloroxin və azitromisindən koronavirusa qarşı istifadə etməyi məsləhət bilib. Onun bu bəyanatı bütün dünyada geniş rezonans doğurub. Qeyd edək ki, ABŞ-ın 48-ci vitse-prezidenti Mayk Pens də Prezidentin bu yanaşmasının qatı tərəfdarıdır. Amerika Prezidentinin bu bəyanatı Vladimir Zelenkonun əldə etdiyi nəticələrdən qaynaqlanıb.

Amerika Prezidenti Fransanın Aix-Marseille Universitetindən Didier Raoultun 40 pasiyentlə işləyib və uğur qazandığından da xəbərdar olub.

“Eenews” saytı yazır ki, virusologiya (infeksion xəstəliklər) üzrə tanınmış mütəxəssis olan fransız alimi kiçik bir qrupla Çin alimlərinin Hidroksixloroxinlə bağlı əldə etdiyi nəticələri araşdırıb. Yerli xəstəxanada keçirilən araşdırmadan sonra koronavirusa yoluxanlara məsləhət bilinib ki, Hidroksixloroxindən istifadə etmək olar və bu cür müalicə müsbət nəticə ilə yekunlaşır.

O da maraqlıdır ki, Amerikanın səhiyyə departamenti 46 yaşlı Vladimir Zelenkonun müalicə metoduna elə bir maraq göstərmir və elan olunan nəticələrə şübhə ilə yanaşır.

Bir sıra tibbi ekspertlər dərhal bu açıqlamanın əsassız olduğunu qeyd ediblər. Məsələn, Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun icraçı direktoru Entoni Fausi həmin dərmanların müsbət nəticə verib-verməyəcəyi barədə suala “yox” cavabını verib.

“Buna dair heç bir elmi sınaq və sübut yoxdur”, - deyə Dr. Fausi qeyd edib.

20 illik iş təcrübəsi olan və 2000-ci ildə Nyu York Dövlət Universitetini (Buffalo) bitirən Vladimir Zelenko isə öz nəticəsindən məmnundur və onu yaymağa çalışır.

Fransa, Çin və Avstraliyada aparılan araşdırmalar göstərir ki, malyariyaya qarşı istifadə olunan Hidroksixloroxin və Azitromisin koronavirus xəstələrini 6 gün ərzində 100 faizlik nəticə ilə sağaldır. Bu məlumatı isə mövzu ilə bağlı mübahisələrə qoşulan “techstartups.com” saytı yazır.

Radikal ortodoks yəhudi həkim Vladimir Zelenko Yutub üzərindən yaydığı müraciətində deyir ki, pasientlərimi Hidroksixloroxin sulfatla müalicə edirəm, təklif etdiyim üsulla müalicə başladıqdan 4-6 saat sonra pasientlərdə nəfəs darlığı ilə bağlı problem aradan qalxır. Koronavirus xəstlərində nəfəs darlığı son dərəcə önəmli məsələdir və bir çox xəstə tənəffüs problemi ilə əlaqədar olaraq ölür. Məsələn, İtaliyada xəstələrin çoxu tənəffüs aparatının olmaması ucbatından vəfat edir.

Qeyd edək ki, Azərbaycanda cəmi 300 tənəffüs aparatı var. Hazırda tənəffüs aparatı almaq son dərəcə çətindir. Çünki koronavirusdan dolayı bütün ölkələr bu aparatdan almağa can atır.

Söhbət həm də ondan gedir ki, koronavirusa qarşı dərman hazırlamağa xeyli vaxt lazımdır. Ancaq bəşəriyyətin o qədər vaxtı yoxdur. Bütün dünya iqtisadiyyatı sıradan çıxıb. Demək olar ki, Yer üzündə iş dayanıb. Bu amil özü də bəşəriyyətə ciddi problemlər yaşadacaq.

Tarix
2020.03.29 / 10:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla