Yuxarı

“Firavan Ermənistan” dağılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Firavan Ermənistan” dağılır

"Tsarukyan Sərkisyanın tənqidçisi kimi tanınırdı və son zamanlar etiraz nümayişlərinə çağırışları ilə populyar idi".

Axar.az xəbər verir ki, Ermənistan parlamentinin sayca ikinci fraksiyası və 400 min nəfərə qədər üzvü olan Firavan Ermənistan Partiyasının sədri Qaqik Tsarukyan haqda ekspertlər bu fikirləri səsləndirib. Siyasətdən gedən ölkənin ən varlı adamlarından birinin yerinə partiyanın parlament fraksiyasının katibi Naira Zohrabyan təklif edilib.

2004-cü ildə təsis olunan Firavan Ermənistan Partiyası Robert Köçəryan hakimiyyətində hakim koalisiya üzvü olub, Serj Sərkisyan hakimiyyəti dövründə, 2012-ci ildə koalisiyadan çıxıb və özünü alternativ qüvvə elan edib. Partiyanın ölkə ərazisində, bütün rayon və kəndlərdə fəaliyyət göstərən bölmələrinin taleyi və ümumiyyətlə, partiyanın maliyyə problemlərinin həlli məsələləri də suallar doğurur. Bu günədək bu problemləri Qaqik Tsarukyan həll edirdi. Bundan başqa, partiya vaxtilə Robert Köçəryanın himayəsi ilə təsis edilib. Bir çoxları müəyyən karyera və şəxsi bizneslərinin müdafiəsi maraqları ilə Firavan Ermənistana üzv olublar.

Artıq 7 millət vəkili FEP fraksiyasını tərk edib, partiya sıralarının kütləvi surətdə tərk edilməsi də istisna olunmur.

Bu gün sabiq xarici işlər naziri Vardan Oskanyan da FEP-dən çıxmaq ərizəsini təqdim etdiyini bəyan edib.

Sərkisyan fevralın 12-də Tsarukyanı kəskin tənqid edib, onun bir siyasi xadim kim ölkə üçün bəla olduğunu bəyan edib.

Tarix
2015.03.06 / 08:00
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla