Yuxarı

Ən çox yoluxma ABŞ-da, ən çox ölüm isə... - Dəhşətli statistika

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən çox yoluxma ABŞ-da, ən çox ölüm isə... - Dəhşətli statistika

2020.04.02. 23:13

Dünya üzrə koronavirusa (COVİD-19) yoluxanların sayı 1 milyonu ötüb.

Axar.az xəbər verir ki, ən son məlumata görə, bu virusa yoluxanların sayı 1 milyon 7 min 436 nəfərə çatıb.

Bu virusdan 51.712 nəfər ölüb, 210.582 nəfər isə sağalıb.

Ən çox yoluxma ABŞ-da müşahidə edilir. Bu ölkədə son sutkada 25.321 nəfər bu virusa yoluxub və ümumilikdə yoluxma 240.344 nəfərə çatıb. ABŞ-da son sutkada 705 nəfər (ümumilikdə 5.807) koronavirusdan ölüb.

İtaliya ölü sayına görə birinci yerdədir. Bu ölkədə 115.242 nəfər yoluxub, onlardan 13.915 nəfər (son sutkada 760) ölüb.

Ölü sayına görə ikinci yerdə İspaniya gəlir. Bu ölkədə yoluxma 110.238 nəfər, ölüm isə 10.096 (son sutkada 709) nəfərdir.

Almaniya yoluxma sayına görə 4-cü yerə qalxıb - 84.688. Son sutkada 173 nəfər (ümumilikdə 1.104) ölüb.

Çin 81.589 yoluxma ilə 5-ci yerə geriləyib və bu ölkədə son günlər yoluxmanın qarşısının alındığı şübhə doğurmur. Çində son sutkada 6 nəfər (ümumilikdə 3.318) bu virusdan ölüb.

Fransa 59.105 yoluxma ilə 6-cı, İran 50.468 yoluxma ilə 7-ci sıradadır. Fransada son sutkada bu virusdan 471 nəfər (ümumilikdə 4.503), İranda 124 nəfər (ümumilikdə 3.160) həyatını itirib.

Qardaş Türkiyə də yoluxma sayına görə, təəssüf ki, ilk onluğa daxil olub. Türkiyədə 18.135 nəfər yoluxub, 356 nəfər dünyasını dəyişib (son sutkada 79 nəfər).

Tarix
2020.04.03 / 00:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Sülh Sammiti ilə bağlı paylaşım - Foto

Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak etdi - Video

Pakistan prezidenti Sahibə Qafarovanı qəbul etdi

Azərbaycan və Rusiya regionun aparıcı ölkələridir - İran

Trampın İlham Əliyev barədə diqqətçəkən sözləri - Video

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Yaxın Şərqdə sülh! Tarix yazılır! - Hacıyev

Fələstinli satqınları dəhşətli ölüm gözləyir

İlham Əliyevlə Makronun səmimi görüşü - Video

İlham Əliyev Trampla görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla