Yuxarı

Sədərək gömrük rəisinin şifrəli danışığı açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sədərək gömrük rəisinin şifrəli danışığı açıqlandı

Türkiyədə "Rüşvət əməliyyatı"nda saxlanılanların prokurorluqdakı ilk dindirilməsində rüşvətin Naxçıvan sərhəd-keçid məntəqəsinin sədri Mirməhəmməd Seyidov tərəfindən toplandığı, daha sonra Türkiyə tərəfində tərəflər arasında bölüşdürüldüyü üzə çıxıb.

"Axar.az" "Haberler.com"a istinadən bildirir ki, Dilucu Sərhəd Xidmətində türk gömrük işçilərinin dinlənilməsi ehtimalına görə, Azərbaycan və Türkiyə gömrükçüləri arasında şifrəli telefon danışığından istifadə edilib. Adətən sərhədə gələn TIR və digər avtomobil sahiblərinin telefonundan istifadə etməklə danışıqlar aparılırmış.

M.Seyidova edilən zənglərdə, "Sancılandım, bir dərman göndər" deyilirmiş, Seyidov da "Sancın üçün dərman göndərdim" deyə ayırdığı payı göndərdiyinə eyham edirmiş.

Adi günlərdə isə Sədərək gömrük məntəqəsinin müdiri gətirdiyi rüşvəti işbirliyi içində olduğu gömrükçülərlə bölüşürmüş.

Dilucu sərhəd məntəqəsində hər iki tərəfdəki rüşvət və qaçaqmalçılığı üzə çıxarmaq üçün bir il əvvəldən araşdırmalara və təqiblərə başlanılıb. Türk tərəfindəki gömrük işçiləri və nəqliyyat firması sahiblərinin həm evləri, həm də iş yerləri axtarılıb. Gömrük işçilərindən biri evinə polis gələrkən 23,5 min dolları və 23 min lirəni pəncərədən küçəyə atsa da, bu, polislərin gözündən yayınmayıb. Gömrük və nəqliyyat firması sahiblərinin ev və iş yerlərindəki axtarışlarda 130 min dollar, 50 min lirə, imzalanmış, ancaq üzərində sayı olmayan sənədlər, sənədsiz silah və s. aşkarlanıb.

Xatırladaq ki, 17 dekabrda başlayan və 280 polisin qatıldığı əməliyyat zamanı türk tərəfindən 7 gömrükçü, İstanbuldan Qarsa uçan Sədərək gömrüyünün sədri Mirməhəmməd Seyidov və 10 nəqliyyat firması sahibi olmaqla 18 nəfər sərhədlə əlaqəli olanlar saxlanılıb; onlardan 4 nəfər buraxılıb, 14 nəfər haqqında həbs qətimkan tədbiri seçilib.

Tarix
2013.12.20 / 23:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

Paşinyan Bişkekdə ABŞ senatoru ilə TRİPP-i müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla