Bu gün Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin
doğum günüdür.
Saakaşvili 46 yaşını qeyd edir. eks-prezident ad gününü ailəsi
ilə birgə qeyd edəcəyini bildirilib.
Qeyd edək ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 1967-ci
il dekabrın 21-də anadan olub.Z iyalı ailəsində böyüyüb. Atası
həkim, anası isə tarixçi olub. Mixail dəfələrlə müsahibəsində
bildirib ki, atasının onları tərk etməsinə baxmayaraq, o həmişə
atasını çox sevib.
O, Kiyev Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, daha sonra
ABŞ-ın Kolumbiya Universitetində magistr dərəcəsinə yiyələnib.
Saakaşvili daha sonra 1995-1996-cı illərdə Corc Vaşinqton
Universitetində doktranturanı bitirib.
Sabiq dövlət rəhbəri siyasi fəaliyyətə 1995-ci ildə başlayıb.
2003-cü ilə qədər ədliyyə naziri, deputat, Tiflis meriyasının
rəhbəri, Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti
olub.
2003-cü ildə müxalifət onun rəhbərliyi ilə qızıl "məxməri inqilabı"
həyata keçirib, Eduard Şvarnadze istefaya göndərilib. Mixail
Saakaşvili 2004-cü il yanvarın 4-də prezident seçilib. 2008-ci il
yanvarın 5-də yenidən prezident seçkilərinin qalibi olub.
Prezident postuna gələn Mixail saakaşvili daxili siyasətdə bir sıra
yeniliklərə də imza atıb. Onun bu istiqamətdə Rusiya ilə kifayət
qədər problemləri də olub. O dəfələrlə Rusiyanı separatizmə
günahlandırmaqla Gürcüstan Rusiya əlaqələrinin pisləşməsinə gətirib
çıxarıb.
2012-ci il oktyabrın 1-də Gürcüstanda keçirilən parlament
seçkilərində "Gürcü arzusu" partiyasının qalib gəlməsindən sonra
isə prezident Mixail Saakaşvili dövlət televiziyasında onun təmsil
etdiyi "Vahid milli cərəyan" partiyasının məğlubiyyətini etiraf
edərək, müxalifətə keçdiyini elan edir. İvanişvilin hakimiyyətə
gəlişindən sonra demokrat Saakaşvilinin dövrü başa çatır.
Bu ilin oktyabrında keçirilən seçkilərdən sonra o, Gürcüstanı tərk
etməli olur (AzVision.az).