Yuxarı

Mehdiyevin kürəkəninin şərik olduğu obyektlər satışa çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyevin kürəkəninin şərik olduğu obyektlər satışa çıxarıldı

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunmasından sonra onun özünə və yaxın ətrafına aid bir sıra əmlaklara həbs qoyulub.

Axar.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, istintaq orqanının diqqətindən kənarda qaldığı bildirilən, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus bir sıra digər əmlaklar da mövcuddur.

Belə ki, Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevlə İlham Əliyevin şərik olduğu bildirilən bir sıra obyektlər satışa çıxarılıb.

Diqqətçəkən məqam ondan ibarətdir ki, sosial şəbəkələrdə yayılan əmlak elanlarında Xaçmaz rayonunda yerləşən müxtəlif qeyri-yaşayış obyektləri və torpaq sahələri satışa təklif olunur.

Xaçmaz rayonunda yerləşən bir neçə əmlakın satıldığı bildirilir.

Elana əsasən, təklif olunan əmlaklar arasında aşağıdakılar var:

Xaçmaz şəhərinin mərkəzində: Xalça Muzeyinin yaxınlığında, İcra Hakimiyyətinin qarşısında yerləşən, 300 kvadratmetr sahəsi olan qeyri-yaşayış obyekti.

Mirzəoba kəndində: 10 hektar torpaq sahəsi. Elan müəllifi ərazinin setka hasara alındığını, suvarma üçün artezian sisteminin və transformatorun olduğunu, çıxarışının mövcudluğunu qeyd edib.

Həsəngala kəndində: Üç gölün, ümumilikdə 5 hektar və əlavə 2 hektar torpaq sahəsinin satıldığı bildirilir. Elana əsasən, əmlakların çıxarışı var.

Yalama ərazisində: Dörd yolun yaxınlığında, magistral yolun kənarında yerləşən 85 sot torpaq sahəsi satışa çıxarılıb. Elan müəllifi bu əmlakın da çıxarışının olduğunu bildirir.

Əmlakların mümkün müsadirə və ya həbs riskini nəzərə alaraq satışa çıxarıldığı ehtimalı da istisna edilmir.

Tarix
2026.09.25 / 18:14
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokol qaydasını bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla