Yuxarı

Rza Zərrab: "Biz saxtakarlıq etmədik"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rza Zərrab: "Biz saxtakarlıq etmədik"

Bu gün axşam saatlarında, Türkiyədə rüşvət əməliyyatı zamanı saxlanılan "Halkbank"ın baş direktoru Süleyman Arslanın və iş adamı Rza Zərrabın istintaqa verdiyi ifadələrin bir hissəsi haqqında mediaya informasiya ötürülüb.

Türkiyə mediası yazır ki, evindəki ayaqqabı qutularından çıxan 4,5 milyon dollarla bağlı müstəntiqin suallarına cavab verən Süleyman Arslan pulun ianə olduğunu deyib. Onun sözlərinə görə, ianə bir sıra şəxslərdən Makedoniyada Balkan Universiteti və Osmancıkda İmam Hatip Litseyinin tikintisi üçün toplanıb. Arslanın vəkili də bildirib ki, toplanan vəsaitlə bağlı bütün sənədlər istintaqa təqdim edilib.

Rza Zərrab ifadəsində isə hər gün 1 ton qızıl satdığını deyib. O, bildirib ki, bunun üçün dostlarının rəsmilərlə münasibətlərindən istifadə edib. Ancaq Rza Zərrab bu məsələdə hansısa qanunsuz məqamlar olması iddialarını rədd edir. Onun sözlərinə görə, əldə edilən pullar banklar vasitəsilə heç bir qaranlıq əməliyyat olmadan ölkəyə gətirilib və çıxarılıb.

R.Zərrab ifadəsində bir sıra polis rəhbərlərinin və qəzetçilərin ondan rüşvət istədiyini də dilə gətirib. Onun sözlərinə görə, bəzən əməliyyatlar zamanı sənədlər qaydasında olsa da gecikmələr olub. R.Zərrab iddia edib ki, bu zaman polis qəzetçilərə xəbər sızdırır və o saxta dövriyyə ilə məşğul olması xəbərləri ilə təhdid edilirmiş. Zərrab "biz saxtakarlıq etmədik" deyərək ona qarşı yönələn ittihamları rədd edib. ("Musavat.com")

Tarix
2013.12.21 / 20:03
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla