Yuxarı

Tatarıstan Hüseyn Qəhrəmanovun atasının həbsini tələb edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tatarıstan Hüseyn Qəhrəmanovun atasının həbsini tələb edir

Tatarıstan prokurorluğu yanğın baş vermiş "Admiral" ticarət mərkəzini icarəyə götürən şirkətin həbsdə olan rəhbərinin müavini Gülhüseyn Nəcəfovun da məsuliyyətə cəlb olunmasını tələb edir.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Tatarıstan prokurorluğunun məlumatında bildirilir. Qeyd edək ki, Gülhüseyn Nəcəfov "Admiral" ticarət mərkəzinin icarəçisi Hüseyn Qəhrəmanovun atasıdır və subicarə (ikinci əldən icarəyə vermə) məsələləri üzrə müavinidir.

Prokurorluq iddia edir ki, "Admiral" ticarət mərkəzindəki obyektlərin icarəyə götürülməsi ilə bağlı müqavilələri məhz Hüseyn Qəhrəmanovun atası Gülhüseyn Nəcəfov bağlayıb. Sonradan ticarət sahələri digər sahibkarlara subicarəyə verilib. Nəticədə yanğın təhlükəsizliyi qaydaları pozulub, bina qanunsuz ticarət kompleksi qismində istifadə olunub.

Qeyd edək ki, hazırda iş üzrə məsuliyyətə 11 nəfər cəlb olunub.

Xatırladaq ki, martın 11-də "Admiral" ticarət mərkəzində baş vermiş güclü yanğın nəticəsində 17 ölüb, azı 70 nəfər xəsarət alıb, iki nəfər itkin düşmüş hesab olunur.

Tarix
2015.04.01 / 23:12
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla