Qərb dairələri regionda
"ideoloji müharibə" üçün yeni taktika seçiblər.
"Palitranews.az" xəbər verir ki, bu haqda Rusiyanın "Vzqlyad"
nəşri məlumat yayıb. Məlumatda qeyd edilir ki, Britaniya Qafqazda
bir çox "layihələrin" həyata keçirilməsi üçün qrantları Tiflisdə
olan səfirliyi vasitəsilə verəcək. Layihələrlə bağlı ərizələr də
Tiflisdə yerləşən nümayəndəliyə təqdim ediləcək. İlkin mərhələdə
əsas mövzular Ukrayna, Abxaziya və Cənubi Osetiya ilə bağlıdır.
"Vzqlyad" nəşri yazır ki, Qərb yeni "ideoloji savaş"a başlayaraq
yeni agentlər "verbovka" etməyi hədəfləyir. Yazıda qeyd edilir ki,
Qərb dairələri qrantların əsl məqsədini ört-basdır etmək üçün "sülh
və əməkdaşlıq üçün dialoq", "münaqişələrin alovlanmasının
qarşısının alınması", "ictimai diplomatiya", "sülhə nail olma
imkanları" adı altında seminarlar, treninqlər təşkil edirlər. Ən
maraqlısıdır ki, belə tədbirlərə əsasən gənclər cəlb olunur və
hesab olunur ki, məhz həmin gənclər sonradan regionda "vəziyyəti"
dəyişən əsas qüvvə olacaqlar. Belə vəziyyətlərdə ən çox işlənən
termin "vətəndaş cəmiyyəti"dir.
"Hələ ötən əsrin 90-cı illərindən Cənubi Osetiyada Britaniyanın
"The HULO Trust" adlı QHT-si fəaliyyət göstərir. Bu QHT-nin əsas
məqsədi guya ərazilərin minalardan təmizlənməsidir. Onların Cənubi
Osetiyada fəaliyyət göstərdiyi illər ərzində ərazini bir neçə dəfə
minalamaq, sonra isə təmizləmək mümkün idi. Amma nədənsə bu QHT-nin
Cənubi Osetiyada işi bitmir ki, bitmir... Bir neçə sərhəd
məntəqəsində təşkilatın ofisləri fəaliyyət göstərməkdədir.
Seminarları bu sahədə xüsusi təlim görmüş Qərb fondlarının
əməkdaşları aparırlar. Budəfəki taktikaya əsasən, seminarlara
"fəallar", politoloqlar, jurnalistlər cəlb olunur. İdeoloji cəbhədə
mübarizə bu dəfə Britaniyanın Tiflis səfirliyi vasitəsilə aparılır.
Qeyd edilir ki, Bakı və İrəvan konsulluqları da bu məsələdə
Tbilisidəki səfirliyə yardımçı olacaq. Ötən il analoji seminarlar,
dəyirmi masalar əsasən İrəvan və İstanbulda keçirilirdi. Amma bu
ildən yerdəyişmə edilərək əsas mərkəz kimi Tiflis seçilib.
Gürcüstan paytaxtında Ukrayna-Rusiya məsələsi ilə bağlı
seminarların da təşkili nəzərdə tutulub. Əsas iştirakçılar yenə də
Rusiya və Ukrayna gəncləri olacaq. Əsas rol oynayan Qərb QHT-ləri
isə dəyişməz olaraq qalır - "Qafqaz evi", "World vision",
"International Alert", "The HULO Trust", "Saferworld", "Synergy
Network", "Internews Georgia", "Corc Meyson
Universiteti-sülhyaratma mərkəzi", "Münaqişələrin analizi və həlli
mərkəzi". Əksər Qərb QHT-ləri fəaliyyətlərində əsas vurğunu
"vətəndaş fəallığı" ilə "sülhyaratma" fəaliyyətinə edirlər.
Praktikada isə hökumətə, dövlətə qarşı "narazı aktivləri",
"tənqidi" baxışları olanları bir araya toplayaraq onları antidövlət
fəaliyyətə cəlb edirlər. Seminarlar və treninqlərdə dinləyicilərə
peşəkar psixoloqlar, əksər hallarda isə Qərb ölkələrinin
kəşfiyyatlarının əməkdaşları təlim keçir.
"Əksər Qərb QHT-ləri fəaliyyətlərində əsas vurğunu "vətəndaş
fəallığı" ilə "sülhyaratma" fəaliyyətinə edirlər. Praktikada isə
hökumətə, dövlətə qarşı "narazı aktivləri", "tənqidi" baxışları
olanları bir araya toplayaraq onları antidövlət fəaliyyətə cəlb
edirlər. Seminarlar və treninqlərdə dinləyicilərə peşəkar
psixoloqlar, əksər hallarda isə Qərb ölkələrinin kəşfiyyatlarının
əməkdaşları təlim keçir".
"Qafqaz evi" əsasən Rusiya-Ukrayna məsələsini, böyük maliyyə
imkanlarına sahib olan Corc Meyson Universiteti isə Cənubi Osetiya
məsələsini diqqət mərkəzində saxlayır. Bu QHT-lərin məqsədi seminar
təşkil etdikləri gənclərin düşüncəsini "qərbləşdirməkdir". Corc
Meyson Universiteti bir qədər də irəli gedərək iştirakçıların
bəzisini "staj" keçmək üçün ABŞ-a da aparır. Bildirilir ki, Qərb
QHT-ləri Abxaziyada çox fəaldır və bir çox QHT-ni öz layihələrinə
cəlb edə biliblər. Məsələn, Abxaziya Qadınlar Assosiasiyası Ziqfrid
Veberin başçılıq etdiyi "Barışıq resursu" və "World Vision"
qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir. Nəticədə bu
QHT Suxumidə təşkil edilən seçki prosesində çox fəallıq göstərərək
Aleksandr Ankvabanın hakimiyyətdən getməsində müəyyən rol oynayıb.
Ənənəvi dini sektalarla bağlı klassik "treninqlər" üzrə
ixtisaslaşan Veber Abxaziyada yaşayan etnik gürcülərin vəziyyətini
həmişə xüsusi diqqətdə saxlayaraq ən ağrılı məsələləri qabartmağa
çalışıb. "World Vision" təşkilatı əsasən 14-17 yaşlı abxaz
yeniyetmələrlə işləməyə üstünlük verir.
"Əsas fəaliyyət sferalarından biri də bölgə KİV-ləri ilə
işləməkdir. Çalışırlar ki, bölgə ölkələrinin gənc jurnalistləri bu
seminarlara cəlb olunsun. Çünki 90-cı illərin hadisələrini görmüş
jurnalistlərin baxışını bu seminarlarla dəyişmək mümkün deyil".
Bu işə Tiflisdən Hans Bederski rəhbərlik edir. Bildirilir ki,
hələ ötən əsrin 90-cı illərindən Cənubi Osetiyada Britaniyanın "The
HULO Trust" adlı QHT-si fəaliyyət göstərir. Bu QHT-nin əsas məqsədi
guya ərazilərin minalardan təmizlənməsidir. Onların Cənubi
Osetiyada fəaliyyət göstərdiyi illər ərzində ərazini bir neçə dəfə
minalamaq, sonra isə təmizləmək mümkün idi. Amma nədənsə bu QHT-nin
Cənubi Osetiyada işi bitmir ki, bitmir... Bir neçə sərhəd
məntəqəsində təşkilatın ofisləri fəaliyyət göstərməkdədir. "The
HULO Trust" təşkilatına USAİD də maliyyə dəstəyi verir.
"Vzqlyad" yazır ki, Qərb QHT-lərinin əsas fəaliyyət
sferalarından biri də KİV-lə işləməkdir. Birbaşa Britaniya
səfirliyinin maliyyə dəstəyi ilə KİV-lərlə bağlı treninqlər
keçirilir. Britaniya hesab edir ki, "KİV hələ də balanslaşdırılmış
Cənubi Qafqazın əhəmiyyətiin dərk etmir". Başqa sözlə bu
istiqamətdə informasiya savaşında üstünlük hələ əldə edilməyib.
Burada da əsas diqqət yerli deyil, bölgə jurnalistlərinə
yönəldilir. Çalışırlar ki, bölgə ölkələrinin gənc jurnalistləri bu
seminarlara cəlb olunsun. Çünki 90-cı illərin hadisələrini görmüş
jurnalistlərin baxışını bu seminarlarla dəyişmək mümkün deyil.