Yuxarı

Ermənistan onsuz da əriyir - Məhməd Tütünçü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan onsuz da əriyir - Məhməd Tütünçü

Ermənistanın təxribatçı hərəkətlərinə görə cəzalandırılmalıdır.

Axar.az xəbər verir ki, bunu İraq Türkman Cəbhəsinin Türkiyə üzrə təmsilçisi Məhməd Tütünçü deyib.

“Dağlıq Qarabağ münaqişəsində İraq Türkman Cəbhəsinin mövqeyi aydındır. Azərbaycanlı soydaşlarımızın və qardaşlarımızın sonuna qədər yanındayıq. Azərbaycan hökumətinin Ermənistanın hücumları qarşısında ortaya qoyduğu mövqe təqdirə layiqdir. Artıq heç kim türk dünyasının və Azərbaycanın səbrini sınamamalıdır. Bunu burdan bəyan edirik: Ermənistan təxribatçı hərəkətlərinə görə cəzalandırılmalıdır”, - M.Tütünçü bildirib.

O qeyd edib ki, Ermənistanın Azərbaycanla döyüşlərdə Türkiyənin müdaxilə ehtimalından narahat olmasını anlayışla qarşılayır:

“Ermənistan narahat olmaqda haqlıdır. Çünki Türkiyə bölgədə güclü dövlətdir. Buna görə də Ermənistanın narahatlğını başa düşürük”.

M.Tütünçü vurğulayıb ki, yenə kimlərsə Ermənistan üzərindən Azərbaycan və Türkiyəyə mesaj verməyə çalışır:

“Ermənistan ağlını başına toplamalıdır. Davamlı olaraq Rusiyanın dəstəyini alaraq və ya digər regional qüvvələrin sifarişi ilə təcavüzkar əməllərdən əl çəkməlidir. Ermənistan onsuz da öz daxilində əriməkdə olan ölkədir. Həm siyasi, həm iqtisadi, həm də sosial sahədə bir çox problemləri var”.

Tarix
2020.07.26 / 10:00
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla