Yuxarı

Beyrutda dəhşətli partlayış: şəhərin yarısı dağıldı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beyrutda dəhşətli partlayış: şəhərin yarısı dağıldı - Video

2020.08.04. 19:38

Livanın paytaxtı Beyrutda, liman ərazisində güclü partlayış baş verib.

Axar.az RİA-ya istinadən xəbər verir ki, partlayışdan sonra səmaya qırmızı tüstü qatı yayılıb.

Partlayışın təsirindən limandan bir neçə kilometr aralıda yerləşən evlərin şüşələri qırılıb.

İnsidentin səbəbi bəlli deyil.

***

Ardıcıl partlayışlar nəticəsində ən azı 10 nəfər həyatını itirib.

Bu barədə “Röyter” məlumat yayıb.

***

Livanın Təhlükəsizlik Xidmətinin rəhbəri Abbas İbrahim partlayışın pirotexniki vasitələrdən qaynaqlanması versiyasını rədd edib.

O bildirib ki, partlayış uzun müddət ərazidə saxlanılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

***

Beyrutun qubernatoru Marvan Abbud partlayış nəticəsində şəhərin təxminən yarısının zərər gördüyünü bildirib.

O, bu partlayışı 1945-ci ildə Yaponiyanın Naqasaki və Xirosima şəhərlərinə endirilən nüvə zərbəsi ilə müqayisə edib:

“Baş verənlər Naqasaki və Xirosimada olanların oxşarı idi”.

***

Son məlumata görə, partlayışda ən azı 30 nəfər ölüb.

Bu barədə Livan Səhiyyə naziri məlumat yayıb.

Beyrut xəstəxanalarının yaralılarla dolu olduğu bildirilir.

Qırmızı Xaç Komitəsinin Livan ofisinin rəhbəri partlayışda 2200 nəfərin yaralandığını, ancaq bu rəqəmin son olmadığını açıqlayıb.

***

Livan Səhiyyə Nazirliyi partlayış nəticəsində yaralananlara tibbi yardım üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Qətərə müraciət edib.

***

Partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb.

Bu barədə Livanın Səhiyyə naziri məlumat verib.

O, ölü sayının artacağını istisna etməyib.

***

Livan Səhiyyə nazirinin sözlərinə görə, partlayışda ölənlərin sayı 63-ə qalxıb. Hazırkı məlumata görə, yaralıların sayı isə 3 mindən çoxdur.

***

Beyrutdakı partlayışlar zamanı 73 nəfər həlak olub.

Bu barədə Səhiyyə naziri məlumat verib.

***

Livan Baş naziri Həsən Diyab dəhşətli faciədən sonra paytaxtda 2 həftə ərzində fövqəladə vəziyyətin elan edilməsinin qaçılmaz olduğunu bildirib.

Tarix
2020.08.05 / 01:37
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

BBC-nin Azərbaycandakı fəaliyyəti qeyri-qanunidir

Türkiyə nümayəndələri İrəvanda

Zəngəzurun açılmasını həyəcanla gözləyirəm - Ərdoğan

Ərdoğanın Gülüstan sarayında təbrik məktubu oxundu

Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü

TRİPP xətti üzrə bağlantıların yaradılması üçün... - Əliyev

Bilal Ərdoğan Azərbaycanda

Ukraynadan daha 12 uşaq Azərbaycana gətirildi

KQB şinelindən çıxan müxalifətin casusluq macəraları...

İlham Əliyev Saqr Qobaşı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla