Yuxarı

Bayden indidən Ərdoğana qarşı çıxdısa... - AKP

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayden indidən Ərdoğana qarşı çıxdısa... - AKP

Baydenin açıqlamalarının bizə verdiyi bir ipucu var.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü (AKP) Ömər Çelik ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, 15 İyul hadisələrinin baş verdiyi dövrdə Ağ Ev çevrilişə qarşı çıxmaqda və Türkiyənin seçkilər yolu ilə seçilmiş rəhbərliyinə dəstək olmaqda çətinlik çəkib:

“İstər seçkilərlə hakimiyyətə gəlsin, istərsə də gəlməsin - kimdən xoşları gəlmir, ona qarşı çıxırlar. Bayden “Ərdoğan dəyişməlidir. Onunla mübarizə aparacağam” deməklə sözün hara getdiyini anladı. Daha sonra isə “Nəzərdə tutduğum çevriliş deyil” söylədi. O, hərbi qiyamı dəstəklədiyini cümləsini bitirdikdən sonra anlayır. Bir siyasətçi üçün belə bir vəziyyətə düşmək çox çətindir”.

Ö.Çelik qeyd edib ki, prezidenti Türkiyə xalqı seçir:

"Bir sözlə: Ərdoğan demək - Türkiyə deməkdir. Sən Ərdoğanı “Mən ABŞ prezidentliyinə namizədəm” deyərək qarşına aldığın zaman Türkiyəni qarşına almış sayılırsan”.

Qeyd edək ki, ABŞ Prezidentliyinə namizəd Co Bayden Ərdoğanı hədəf seçib. O, müxaliflər və terrorçuların dəstəklənməsinin vacibliyini vurğulayıb.

Tarix
2020.08.15 / 22:55
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla