Yuxarı

Ukrayna XİN: İndi Minskin yalnız adı var...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna XİN: İndi Minskin yalnız adı var...

Kiyev Donbasla bağlı danışıqlar platformasını Minskdən köçürməyə ehtiyac görmür, ancaq Belarusdakı vəziyyəti izləyir və lazım gələrsə, belə bir qərar verə bilər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba deyib.

“İndi bu prosesdə Minskin yalnız adı var, çünki pandemiya səbəbindən bütün görüşlər onlayn rejimdə keçirilir. Heç kim ora getmir, Minsklə heç bir fiziki təmas yoxdur. Bu baxımdan daha çox simvolikdir. Hazırda belə qərarın verilməsi gərək deyil. Lakin sözsüz ki, biz Belarusda hadisələrin inkişafı prosesini izləyəcəyik. Lazım olan anda uyğun qərarlar verməyə hazırıq”, - deyə Kuleba bildirib.

Qeyd edək ki, Kiyevin Donbas üzrə təmas qrupunun rəhbəri və keçmiş prezident Leonid Kravçuk danışıqlar platformasının Minskdən İsveçrə, İsveç, yaxud Finlandiyaya keçiriləcəyini istisna etməmişdi.

Tarix
2020.08.28 / 08:00
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla