Yuxarı

Bill Qeyts pandemiyanın sona çatacağı vaxtı açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bill Qeyts pandemiyanın sona çatacağı vaxtı açıqladı

COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq.

Axar.az Report-a istinadən xəbər verir ki, bu fikri “Maykrosoft” korporasiyasının banisi Bill Qeyts "Foks Nyus" telekanalına müsahibəsində səsləndirib.

Bill Qeytsə ABŞ-da və dünyada sanitar-epidemiologiya vəziyyətin bütövlükdə nə vaxt normallaşa biləcəyi barədə sual verilib.

"Bizim ümid etdiyimiz kimi, 2021-ci ilin əvvəlində peyvəndlərin tətbiqi təsdiq edilsə, onda ABŞ-da vəziyyət növbəti normal məcraya qayıtmağa başlayacaq və əlbəttə əgər başqa ölkələrə kömək etsək, fəaliyyətimiz gələn ilin sonunda normaya düşəcək“, - o suala cavabında bildirib.

"Epidemiya ən yaxşı halda ehtimal ki, 2022-ci ildə başa çatacaq. Ancaq 2021-ci il ərzində qlobal yanaşma olduğu halda bizi göstəriciləri (infeksiyanın yayılması-red) aşağı salmaq lazımdır.

Allaha şükür ki, peyvəndi inkişaf etdirmə texnologiyaları artıq mövcuddur, maliyyə işi alındı ​​və şirkətlər ən yaxşı mütəxəssislərini təmin etdilər. Bu səbəbdən nikbinəm ki, bütün bunlar əbədi qalmayacaq", - o deyib.

Onun hesablamasına görə, dünyada pandemiya zamanı peyvəndləmə səviyyəsi əvvəlki 20 ildə əldə olunan irəliləyişi məhv edərək, 14 faiz azalıb. Bill Qeyts Birləşmiş Ştatların "inkişaf etməkdə olan ölkələr üçün peyvəndlərin alınmasına kömək etməkdə özünü göstərə bilməməsindən məyus olduğunu dilə gətirib.

Tarix
2020.09.20 / 21:40
Müəllif
Axar.az
Digər xəbərlər

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

Rusiyadan İrəvan və Bakıya “mesaj”: Nikol tələsməlidir

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

MM-dən bəyanat: Korsika xalqının əzmi, qətiyyəti...

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Mehriban Əliyevanın sədrliyi ilə bu şuranın ilk iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla