Yuxarı

Prezidentdən müraciət: Ölkə cəhənnəmə çevrilə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentdən müraciət: Ölkə cəhənnəmə çevrilə bilər

Livan Prezidenti Mişel Aun ölkədə davam edən hökumət böhranı ilə əlaqədar xalqa müraciət edib.

Axar.az xəbər verir ki, yeni kabinetin formalaşmasında sektoral kvotaların aradan qaldırılmasını təklif edən dövlət başçısı vurğulayıb ki, bu ağır vəziyyətdən çıxmaq üçün həmrəylik nümayiş etdirilməlidir.

“Əgər hökumət qurulması üzrə səylər boşa çıxarsa, o zaman Livan cəhənnəmə çevrilə bilər”, - deyə Prezident Aun vurğulayıb.

Livan parlamentində təmsil olunan “Hizbullah” hərəkatı tərəfdarları, sünni və xristian partiyalar arasında nazir postları uğrunda gərgin mübarizə davam edir. Sünni partiyasının təmsilçisi olan yeni Baş nazir Mustafa Ədlib qeyd edib ki, artıq ölkədə sosial-iqtisadi vəziyyət 1975-1990-cı illərin vətəndaş müharibəsi zamanı mövcud olan böhrandan da pisdir. Baş nazirin tərəflər arasında razılıq əldə edilməsi çağırışları da nəticə vermir. O, belə olan halda vəzifəsindən imtina edəcəyini bəyan edib.

Parlamentdə yeni hökumətin qurulması iki şiə hərəkatı – “Hizbullah” və “Amal”ı təmsil edən deputatların tələbləri səbəbindən baş tutmur. Onlar güc nazirliklərinin, habelə maliyyə strukturunun öz nümayəndələrinə verilməsini istəyirlər. Fransa Prezidenti Emmanuel Makron da bu prosesi yaxından izləyir. Livanın baş xristian keşişi, Maronit patriarxı Beçara Butros ər-Ray şiələrin konkret nazir vəzifələri ilə bağlı tələblərini sərt tənqid edib.

Tarix
2020.09.21 / 20:03
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla