Yuxarı

Ərdoğandan Leyenə: Bu məsələdə ədalətli olun...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan Leyenə: Bu məsələdə ədalətli olun...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında onlayn görüş keçirilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb. Bildirilir ki, görüşdə Türkiyə-Avropa İttifaqı əlaqələri və regional məsələlər müzakirə olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Şərqi Aralıq dənizi məsələsinin təməlində Yunanıstanın və Kiprin yunan icmasının maksimalist iddialarla Türkiyənin və Kiprin türk toplumunun haqlarını saymaq istəməməsi dayanır.

Problemlərin həlli üçün hər zaman dialoq tərəfdarı olan Türkiyənin Yunanıstan ilə görüşlərə hazır olduğunu ifadə edən Rəcəb Tayyib Ərdoğan diplomatiya yolu ilə qazanılan fürsətin Yunanıstan tərəfindən də dəyərləndirilməsinin vacibliyini bildirib.

Türkiyə dövlətinin başçısı qeyd edib ki, Türkiyə-Avropa İttifaqı arasında anlaşmanın yenilənməsi, Gömrük Birliyinin yenidən gündəmə gətirilməsi və vizaların sadələşdirilməsi istiqamətində atılacaq addımlar əlaqələrin inkişafına zəmin yaradacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan qaçqınlar məsələsində ədalətli və məsuliyyətli olmağın vacibliyini də diqqətə çatdırıb.

Tarix
2020.09.23 / 22:38
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla