Yuxarı

Əfsanəyə dönən Zəncani danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əfsanəyə dönən Zəncani danışdı

Artıq günlərdir Türkiyəni silkələyən rüşvət əməliyyatında həbs edilən, əslən Təbrizdən olan azərbaycanlı iş adamı Rza Zərrabın "rəisi" kimi tanınan Babək Zəncani barəsində yayılan xəbərlərə münasibət bildirib.

B.Zəncani bildirib ki, mediada günlərdir barəsində gedən xəbərlər onu bu açıqlamaları verməyə məcbur edib:

"Türk mediasında günlərdir barəmdə heç bir əsası olmayan xəbərlərin yayılması məni bu deyilənlərlə bağlı açıqlama verməyə vadar etdi. Bildirmək istəyirəm ki, ticarət fəaliyyətimizdə heç bir qanunsuzluq yoxdur. İran vətəndaşlarına tətbiq olunan bir sıra ticari məhdudiyyətlər xaricində haqqımda hər hansı bir istintaq və məhdudiyyət yoxdur", - deyə Zəncani bildirib. ("Musavat.com")

Rza Zərrab ilə bir neçə dəfə görüşmüşəm

Zəncani Rza Zərrabla bir neçə dəfə görüşdüyünü də öz açıqlamasında bildirib: "Türkiyədəki ticarət fəaliyyətimin hamısı qeydiyyatdadır və heç bir qeyri-qanuni addım atılmayıb. Günlərdir adları hallanan kəslər içində iranlı olması səbəbiylə tanıdığım Rza Zərrab xaricində hər hansı bir şəxslə əlaqəm yoxdur. Onunla həyatımda cəmi bir neçə dəfə görüşmüşəm və heç bir ortaq ticari ilişgidən söhbət gedə bilməz"

Tarix
2013.12.24 / 20:22
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla