Bu yaxınlarda bir
həkim-stomatoloq xanımla tanış olduq. Onun iyirmi yaşlı oğlu onurğa
beyni xərçənginin dördüncü mərhələsini yaşayıb. Metastazlar artıq
beyinə daxil olubmuş. Çünki şiş onurğa və baş beyində olub. Həkimə
müraciət edəndə isə artıq gec imiş. Həkimlər deyib ki, ediləsi bir
şey yoxdur və İlya bir həftədən çox yaşaya bilməyəcək.
Anası danışır ki, o, hərəkət edə, gəzə bilmir, bütün günü
uzanırdı. Çəkisi 40 kiloqrama enmişdi. Onda anası Olqa Mixaylovna
oğlunu öz metodları ilə müalicə etmək qərarına gəlir. Əvvəlcə
bədənində təmizləmə proseslərinə (imalə) başlayırlar: imalə mayesi belə
hazırlanır: iki litr suya bir stəkan çuğundur şirəsi, 1 qaşıq limon
suyu əlavə edir və 10 gün ərzində gündə iki dəfə olmaqla prosedura
davam etdirir. Bu proses zamanı İlya heç nə yemir, ancaq bir az su
içir.
Aclığını sovuşdurmaq üçün anası İlyaya yarım stəkan portağal
şirəsi, alma, kivi kimi meyvələr, bir müddət sonra isə kartof
püresi verir. Növbəti üç ay İlya meyvə, bitki yağı əlavə edilmiş
qaynadılmış tərəvəzlər yeməyə başlayır. Bu metoddan istifadə
etməklə İlyanın vəziyyəti yaxşılaşmağa, çəkisi artmağa
başlayır.
Bir gün gənc televiziyada "Aleksey Martınovla şam yeməyi"
verilişini görür. Verilişə baxandan sonra öyrənir ki, yalnız çiy
ərzaqlardan ibarət qidalanma sistemi mövcuddur. Bundan sonra o,
ərzaqları çiy yemək qərarına gəlir. Lakin bu, göründüyü qədər asan
olmur. İlya anlayır ki, bişirilən ərzaqlar emosional və fiziki
bağlılıq yaradır. O, tez-tez qaynadılmış yeməklər yesə də, sonda
yenidən çiy yeməklərə qayıtmaq qərarına gəlir.
Hazırda o bir ilə yaxındır ki, yalnız çiy yeməklərlə qidalanır.
Nəticədə onun səhhəti get-gedə yaxşılaşıb və çəkisi 78 kiloqrama
çatıb.
İlya yenidən universitetə daxil olub və təhsil almağa başlayıb.
İndi bu sağlam görünüşlü gəncə baxanda heç kimin ağlına gəlmir ki,
o, xərçəng xəstəliyinin sonuncu mərhələsindədir. Anası Olqa
Mixaylovna öz şəxsi təcrübəsinə əsaslanaraq bir çox xərçəng
xəstəsinin həyatını məsləhətləri ilə xilas edib. Xanım Olqa xərçəng
xəstəliyindən əziyyət çəkən şəxslərə yüksək proteinli qidalardan
imtina etməyi tövsiyə edir: süd, ət, yumurta, balıq, paxlalı
bitkilər və sairə. Onların yerinə isə meyvə-tərəvəz yeməyi məsləhət
görür – qaynadılmış olması arzuolunandır. Olqanın sözlərinə görə,
bu müalicə tipli proseduru minimum 5 il davam etdirmək lazımdır və
heç bir şərtlə pozmaq olmaz. Xanım Olqa bu xəstəliyin sağalmayacağı
ilə bağlı fikirlərdən birmənalı şəkildə uzaq durulmalı olduğunu da
xüsusilə vurğulayır.
Aşağıda xərçəng şişləri ilə mübarizədə İlyaya kömək edən yol
təqdim olunub:
Xərçəng əleyhinə həkim Moermanın pəhriz
cədvəli:
Zaman keçdikcə xərçəng xəstəliyi, təəssüf ki, bütün dünyada
artan xətlə inkişaf edir. Problem aktuallaşdıqca müalicəsinin
tapılması üçün aparılan araşdırma və tədqiqatlar da genişlənir.
Xərçəngin tibbi müalicəvi üsulları ilə yanaşı, həm də qeyri-ənənəvi
müalicə üsulları da mövcuddur. Müalicə üsullarının çoxu özündə
xüsusi qidalanma qaydalarını birləşdirir. Bu müalicə üsullarına
Reviçin, Qersonun, Broysun, Nişinin, Qoulerin, Şatalovanın,
Qrinizeyşnın və digərlərinin müalicə üsulları misal göstərilə
bilər. Adıçəkilən metodlar əsasən vegetarian qidalanmanı özündə
birləşdirir. Xərçəngə qarşı ən güclü və effektiv metodlardan biri
də Moerman metodudur. Moerman pəhrizi dünyada kifayət qədər
məşhurdur. Həkim Moerman XX əsrdə Hollandiyada yaşayıb və 96
yaşında vəfat edib. Moerman onlarla insanın xərçəngdən sağalmasına
köməklik göstərib. Həkim Moermanın apardığı araşdırmaya əsasən
məlum olub ki, onun pəhrizindən istifadə edən 150 xəstədən 115-i
tamamilə sağalıb. Uğurlu nəticələrinə baxmayaraq, Moerman metodu
dərhal qəbul olunmayıb. Bir çox alimlər Moermanın metodunu olduqca
sadə olduğu üçün qəbul etmək istəmirdilər: pəhrizdə asanlıqla
tapıla bilən ərzaqlardan istifadə olunur, metod çətin və yorucu
deyil. Lakin Moerman ən çətin onkoloji xəstəliklərdən əziyyət
çəkənləri sağaldaraq öz üsulunun yararlı olduğunu sübuta
yetirdi.
Moerman üsulu 1987-ci ildə Hollandiya Səhiyyə Nazirliyi
tərəfindən təsdiqlənib.
Moerman metodunun insan orqanizminə nə kimi faydaları var?
Sözügedən pəhriz nəticəsində insanın immunitet sistemi güclənir və
maddələr mübadiləsi stabilləşir. Bunun əsas səbəbi isə daha çox
təbii ərzaqlarla qidalanmadır. Təbii ki, sözügedən qidalanma
müntəzəm olmalıdır: tərəvəzlər, meyvələr, təbii şirələr,
göyərtilər...
İndi isə xərçəng xəstələri üçün nəzərdə tutulmuş Moerman
sistemi ilə yaxından tanış olaq:
Səhər yeməyi:
İki portağal və limondan hazırlanmış meyvə şirəsi, buğda unundan
hazırlanmış çörək. Bu səhər yeməyini yulaf əzməsi və yaşıl çayla da
əvəz etmək olar. İkinci səhər yeməyi: almalı-çuğundurlu şirə və
meyvələr.
Günorta yeməyi:
Sıyıq, buxarda bişirilmiş tərəvəz, bitki yağı, salat və
meyvələr.
Həmçinin buxarda hazırlanmış kartof, yaşıl noxud, cəfəri, kələm
də yemək olar. Alma, portağal, limon, kök, çuğundurdan hazırlanmış
təbii şirələr içmək olar.
Bunları yemək və içmək tövsiyə olunmur:
1. Paxlalı tərəvəzlər.
2. Tünd çay və ya qəhvə.
3. Makaron, keks və şirniyyatlar, biskvitlər, ağ çörək.
4. Ət və piy. Toyuq və ya ət bulyonu.
5. Şəkər tozu.
6. Balıq, molyusklar.
7. Süd məhsulları: yağlı pendir, süd, marqarin.
8. Yumurta.
9. Göbələk və göbələk bulyonu.
10. Yağ.
11. Konservlər.
12. Alkoqol.
13. Xörək duzu.
14. Tütün.
Moerman metodu artıq dünya həkimləri tərəfindən qəbul olunur və
çoxsaylı xəstələrə sağalmaqda köməklik göstərir. Moerman metodunu
təbliğ edən assosiasiya Hollandiyada yaradılıb və on mindən çox
üzvü var.
Şatalova üsulu
Şatalova fəlsəfəsinin əsasında bioloji enerji durur. Onun da
əsasını günəş enerjisi təşkil edir. Orqanizmə kalorilər lazım
deyil. Əgər bitkilərdə bu aktiv molekullar 100 faizdirsə, ətdə
yalnız 10 faizdir. "Ölü ərzaqlar"da isə – un, kraxmal, sublimat,
şəkər – mənfi birə bərabərdir. Əgər məhsulun tərkibində zərərli
maddə də varsa, bu, əməlli-başlı təhlükə mənbəyidir.
Faydalı yeməklərin siyahısı:
Bitki və meyvələr (özündə Günəş enerjisini cəmlədiyi üçün) təzə
süd və təzə yumurta (həyati enerji daşıdığı üçün).
Orqanizm bu sadalanan ərzaqlardan daha çox enerji alır. Müalicə
dövründə faydası və enerjisi olmayan ərzaqlar ziyanlı hesab olunur.
Özündə Günəş və həyat enerjisi əks etdirməyən bütün ərzaqlar
faydasız və bilavasitə ziyanlı hesab olunur: balıq, göbələk,
pendirlər, ət, qızardılmış bütün yeməklər. Bu sadalananları yedikdə
orqanizm onları həll edə bilmək üçün enerji sərf edir. Ağ çörəyin
də ziyanlı olduğunu vurğulamaq lazımdır. Qalina Sergeyevna hesab
edir ki, ağ çörək ən təhlükəli qidadır. Onun sözlərinə görə, yemək
"canlı" olmalıdır və asanlıqla orqanizmdə həzm edilməlidir.
Bütün canlı hüceyrələr qoruyucu lisozoma sahibdir. Hüceyrə məhv
olanda və ya başqası ilə əvəz olunanda lisozomlar işə düşür.
Lisozomlar olmasa, yeyilən yeməklər həzm oluna bilməz, bədən cavan
qala bilməz. Ən rahat həzm olunan yeməklər isə nisbətən "canlı"
olan məhsullardır. Şəkəri, unu və yağları həzm etmək isə orqanizm
üçün çətindir və xüsusi enerji tələb edir.
Məsələn, kimyəvi stabilliyini itirən məhsul zərərli hesab
olunur. Buna görə də fabrik istehsalı ərzaqlardan uzaq durmaq
lazımdır. Çünki məhsul "canlılığını" itirdikdən sonra birbaşa
təhlükə mənbəyinə çevrilir.
Yemək bişirəndə yalnız bir dəfə bişirmək lazımdır. Heç bir
tədarük etməkdən söhbət gedə bilməz. Yemək hazırlayarkən yağdan,
ümumiyyətlə, uzaq durmaq lazımdır. Yalnız çox vacib hallarda bitki
yağından istifadə etmək olar.
Yeyilən ərzaqlar mövsümi olmalıdır. Yazda daha çox göyərti,
yayda daha çox tərəvəz, qışda yarma, balqabaq, qırmızı turp.
Şatalovanın sözlərinə görə, ən çox enerji tələb edən işi görmək
üçün 800-1000 k.kalolri lazım olur. Bunun, təxminən, 600-800-ü
"canlı" ərzaqlarla qazanıla bilər. Yerdə qalanı isə bədəndəki
mübadilələr, həzm prosesi və digər proseslər nəticəsində
qazanılır.
Qurzon metodu
İki litr suya bir stəkan çuğundur, bir xörək qaşığı limon suyu
əlavə olunur. Gündə bir və ya iki dəfə içilir.
Səhər yeməyi:
6.00 – kök şirəsi.
6.30 – 115 qram distillə edilmiş su.
7.00 – 115 qram limonlu su.
7.30 – 115 qram distillə edilmiş su.
8.00 – 11 qram kök şirəsi.
Bunları beş dəfə təkrar etdikdən sonra limonlu suyu hansısa
tərəvəz və ya meyvə şirəsi ilə əvəz etmək tövsiyə olunur.
Saat 20.00-da kök şirəsi ilə prosesə son qoyulur. Yeddi gün
ərzində yuxarıda göstərilən prosesi axsatmadan təkrarlamaq
lazımdır. Təbii şirələri bəzən başqa meyvə və ya tərəvəz şirəsi ilə
əvəz etmək olar, amma kök şirəsindən başqa. Çünki gün ərzində 850
qram kök şirəsi qəbul etmək vacibdir. Qeyd edək ki, şirələrə şəkər
qatmaq olmaz. Gündə 2-3 dəfə duş qəbul etmək, gəzintiyə çıxmaq
lazımdır. Pəhrizi ən azı bir il davam etdirmək lazımdır. Beş ilə
qədər uzadılması arzuolunandır.