Yuxarı

Həbsdən qaçan məhkum 56 il sonra tutuldu – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da 1959-cu ildə həbsxanadan qaçan 79 yaşlı məhkum Frank Freşvotərz Florida əyalətində tutulub.

Axar.az xəbər verir ki, son 20 ildə Floridada başqa adla həyatını davam etdirdiyi bildirilən cinayətkarın ələ keçirilməsi üçün təhlükəsizlik qüvvələri gizli plan hazırlayıb.

Frank Freşvotərz olduğundan şübhələnilən adamdan guya rəsmi sənəd kağızların imzalanmasını istəyən mülki geyimli polislər götürdükləri barmaq izlərini sonradan analiz ediblər. Cinayətkar barmaq izləri götürüləndən sonra bir həftə polis tərəfindən izlənilib. Polis yaşlı qaçağı yolda saxlayaraq ona aid köhnə fotonu göstərərək "Bu şəxsi əvvəllər görmüsünüzmü", - deyə soruşub. Florida təhlükəsizlik qüvvələrinin verdiyi məlumata görə, Frank Freşvotərz əvvəl fotodakı adamı tanımadığını, daha sonra axtarılan şəxsin özü olduğunu etiraf edərək təslim olub.

Qeyd edək ki, Frank Freşvotərz 1957-ci ildə yol qəzasında bir piyadanı öldürdüyü üçün həbs edilibmiş.

Tarix
2015.05.06 / 16:44
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla