Yuxarı

Paşinyan danışıqlar şərtini açıqladı: Üç sensasion tələb - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:46

Müxalifətin parlamentdə məlum müzakirə tələbləri qarşısında Nikol Paşinyanın Mənim Addımım fraksiyası bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan sazişin qaçılmaz reallıq olduğu vurğulanıb. Bildirilib ki, sazişin imzalanması Ermənistan və keçmiş “artsax”ı tamamilə itirməmək üçün yeganə yol idi.

Etiraf edilib ki, hərbi əməliyyatlar davam edəcəyi təqdirdə qısa müddətdə minlərlə erməni əsgər məhv ediləcəkdi.

Cəmiyyətin bütün suallara cavab almaq haqqının olduğunu bildirən fraksiya destabilizasiyaya əsas verən heç bir iclasda iştirak etməyəcəyini açıqlayıb.

Buna baxmayaraq, məlum Qarabağ Bəyanatının müzakirəsi üçün fraksiya müxalifətdən bütün ermənilərə və dünyaya bu 3 şərti açıq şəkildə bəyan etməyi istəyib.

Belə ki, etirazçı müxalifət:

1. Rusiyanın vasitəçiliyindən imtinanı dəstəkləyir

2. Rusiya sülhməramlılarının təmas xəttindən çıxmasını dəstəkləyir

3. Müharibənin davam etməsini tələb edir.

Bu 3 şərti yerinə yetirəndən, bu tələbləri ermənilərə və dünyaya açıq şəkildə elan edəndən sonra müharibənin davam edəcəyi təqdirdə qələbəyə aparacaq yol xəritəsini təklif edəcəyi halda Mənim Addımım fraksiyası müzakirələrə başlamağa hazır olduğunu elan edib.

Qeyd edək ki, açıqlamanı Mənim Addımım fraksiyası yayıb. Paşinyanın isə harada olduğu bilinmir.

Tarix
2020.11.12 / 11:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla