Tacikistan Putinə görə BCM-dən çıxır
16:05
| Ana səhifə Planet |
|
Sevilya aeroportu yaxınlığında qəzaya uğrayan "Airbus A400M" tipli hərbi yük təyyarəsi İspaniya Silahlı Qüvvələrinə məxsus olmayıb.
Təyyarə Türkiyə Hərbi-Hava Qüvvələri üçün nəzərdə tutulubmuş. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniyanın baş naziri Mariano Raxoy bildirib.
Son məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, daha 2 nəfər
isə ağır yaralanıb. Ekipaj üzvlərinin ispan olduğu bildirilir.
Təyyarənin göyərtəsində 6 nəfərin olduğu müəyyənləşdirilib. Bundan
əvvəl qəza nəticəsində 8-10 nəfərin öldüyü bildirilmişdi.
Qeyd edək ki, "Airbus A400M" tipli hərbi yük təyyarəsi havaya
qalxdıqdan 1 dəqiqə sonra qəzaya uğrayıb.
Qəzanın səbəbləri araşdırılır.
|
Tarix
2015.05.09 / 22:17
|
Müəllif
Axar.az
|