Yuxarı

Putinin Qarabağ açıqlaması: o, haqlıdır - Mnatsakanyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin Qarabağ açıqlaması: o, haqlıdır - Mnatsakanyan

Rusiya Prezidenti Qarabağın və ona bitişik bölgələrin hamısının Azərbaycan ərazisi olduğunu söyləyərək, “qaranlıq” qalan məqamlara aydınlıq gətirdi. Kim nə deyirsə desin, amma o (Putin — red.), haqlıdır.

Axar.az xəbər verir ki, bu barədə erməni siyasi müşahidəçi Romella Mnatsakanyan yazıb.

Mnatsakanyan qeyd edib ki, bu əraziləri məskunlaşdıraraq insanlar üçün normal bir həyat qurmaq, müasir bir infrastruktur yaratmaq lazım idi:

“İrəvan isə hər şeyi məhv etmək qərarına gəldi. Planetin ən gözəl yerləri (bir müddət öncəyə qədər işğal altında olmuş Azərbaycan torpaqları - red.) ermənilər tərəfindən xarabaya çevrildi. Hazırda biz Qarabağın tamamilə itirildiyi və İrəvanın vətəndaş müharibəsi astanasında olduğu şəraitdə hakimiyyət uğrunda mübarizəni müşahidə edirik.

Ermənistanda onsuz da miqyasdan kənar qarşılıqlı nifrət dərəcəsi bütün çərçivələri aşır. Eyni zamanda, nə iqtidar, nə də müxalifət xalqımızı bütün bu bəlalardan necə xilas etmək barədə aydın bir anlayışa sahibdir. Biz belə yaşayırıq — Putini və bugünkü Rusiyanı lənətləyərək, lakin daha çox lənətə Robert Köçəryanın, Serj Sərkisyanın, Nikol Paşinyanın və Artur Vanetsyanın layiq olduğunu dərk edərək”.

Tarix
2020.11.23 / 23:11
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla