Yuxarı

Salmanın Netanyahu ilə gizli görüşü - Detallar üzə çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Salmanın Netanyahu ilə gizli görüşü - Detallar üzə çıxdı

Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla İsrail Baş naziri Benyamin Netahyahu arasında baş tutan gizli görüşün bəzi detalları ortaya çıxıb.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri yazıb.

Nəşr bildirib ki, ABŞ rəsmiləri Salman və Netanyahu arasında normallaşma anlaşmasının əldə ediləcəyini gözləyirdi: “Ancaq Salman mövcud vəziyyətdə bu formada razılaşma istəməyib”.

Vurğulanır ki, Donald Tramp administrasiyası İsrail və ərəb ölkələri arasında “İbrahim anlaşmaları”nı bərpa etmək istəyib:

“Ancaq şahzadə Salman ABŞ-dakı prezident seçkilərinin nəticələrinə görə razılaşmadan imtina edib. Yeni prezident Cozef Bayden rəhbərliyi ilə münasibətlər yaratmaq istəyən Salman İsraillə normallaşma ilə bağlı addım atmaq istəməyib”.

Nəşr yazır ki, Bayden İsraillə ərəb ölkələri arasında normallaşma müddətini dəstəkləsə də, Camal Qaşıqçı cinayəti və digər insan haqları pozuntusuna görə Ər-Riyada qarşı daha sərt siyasət sərgiləyə bilər.

Qeyd edək ki, B.Netanyahu noyabrın 23-də gizli şəkildə Səudiyyə Ərəbistanına səfər edərək Salmanla görüşüb.

Tarix
2020.11.29 / 10:21
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla