Yuxarı

Müharibə zamanı danışıqlar... - Nikol həyasızcasına aldadır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə zamanı danışıqlar... - Nikol həyasızcasına aldadır

Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov Baş nazir Nikol Paşinyanın 19 oktyabrda müharibənin dayandırılması üçün aparılan danışıqlarla bağlı açıqlamasına reaksiya verib.

Axar.az xəbər verir ki, Şarmazanov Paşinyanı “həyasızcasına yalan danışmaqda” və “torpaqları satmaqda” ittiham edib.

“Hələ 12 oktyabrda, təkrar edirəm, 12 oktyabrda mən Paşinyana təklif etdim ki, Putinə müharibəni dayandırmaq xahişi ilə müraciət etsin. Dedim ki, bu gün atəşkəs üçün təklif edilən şərtlər sabah olmaya bilər, müharibə davam etsə, əlavə ərazilər və insan itkisi olacaq. Ancaq o, bunu etmədi və xalqa yalan danışmağa başladı ki, guya biz qələbə qazanacağıq”, - Şarmazanov deyib.

Onun sözlərinə görə, 19-20 oktyabr danışıqlarında da Paşinyan Rusiya liderinin təklifindən imtina etdi və bu, Putin üçün anlaşılmaz idi:

“Amma bu gün o, həyasızcasına aldadır ki, Putin onun cavabını “məntiqli” adlandırıb”.

Şarmazanov 19 oktyabr görüşündə Hadrut və Şuşa haqda heç bir müzakirə getmədiyini də xatırladıb.

Qeyd edək ki, 17 müxalif partiyası 10 noyabrdan Paşinyana qarşı davamlı aksiyalar keçirir. Müxalifət Paşinyanın istefasını tələb edir.

Tarix
2020.11.29 / 21:53
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla