Yuxarı

Xudavəngin erməni keşişi İrəvana çağırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xudavəngin erməni keşişi İrəvana çağırıldı

Kəlbəcər rayonundakı Xudavəng kilsəsinin keşişi Ovanes İrəvandakı Müqəddəs Üçlük məbədinə gətirilib.

Axar.az xəbər verir ki, Ovanesin İrəvana çağırılması Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin əmri ilə baş tutub. Onun səhhətindəki problemlərlə əlaqədar İrəvana çağırıldığını, lazımi müalicələr aldıqdan sonra Kəlbəcərə qayıdacağı bildirilib.

Erməni keşişlər Xudavəngi hələ də tərk etməyiblər. Onlar Rusiya sülhməramlılarının himayəsi altında Xudavəngdə qalacaqlarını bildirirlər.

Qeyd edək ki, Xudavəng monastırı Kəlbəcər rayonunun Bağlıpəyə kəndi ərazisində yerləşir. Elmi mənbələrdə həm də Dadivəng və ya Xudavəng kimi adı keçir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.

Xudavəng monastırı Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksidir. Monastıra dini və dünyəvi xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilmişdir. Kompleksin ən erkən tikilisi VIII-IX əsrlərə aid edilən Qədim bazilikadır.

Xatırladaq ki, erməni-qriqorian kilsəsinin təzyiqi ilə 1836-cı ildə çar Rusiyası Alban kilsəsini ləğv edib və kilsənin maddi-mədəni irsinə nəzarət qriqorian kilsəsinin ixtiyarına keçib. Bundan sonra ermənilər bu abidələrin “tarixən” özlərinə aid olduğunu utanmadan bəyan edirlər.

Tarix
2020.11.30 / 11:36
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla